Cənubi Qafqaz
Paşinyan namizədlik üçün imzaları topladı
Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan baş nazir postuna namizədliyin irəli sürülməsi üçün parlamentin deputatlarının üçdə birinin imzasını toplayıb.
Publika.az xəbər verir ki, bu haqda “Yelk” (“Çıxış”) parlament fraksiyasından deputat Ararat Mirzoyan jurnalistlərə bildirib.
“Biz parlamentin deputatlarının üçdə birinin imzalarını yığa bildik. Paşinyan ya bu gün, ya da sabah namizədliyini rəsmən irəli sürəcək”, - Mirzoyan qeyd edib.
“Çarukyan” fraksiyasının nümayəndəsi, deputat Naira Zoqrabyan jurnalistlərə bildirib ki, fraksiyasının 31 deputatından 27-si artıq sənədi imzalayıb. Paşinyanın namizədliyini həmçinin “Daşnaksütyun” fraksiyası da dəstəkləyib.
Daha əvvəl hakim Respublika Partiyasının parlament fraksiyasının başçısı Vaqram Baqdasaryan qeyd edib ki, partiya parlamentin deputatlarının üçdə birinin dəstəyini qazanan namizədə səs verəcək.
Xatırladaq ki, mayın 1-də parlament baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini rədd edib. O, lazım olan 53 səsdən yalnız 45-ni toplaya bilib. Bundan sonra Paşinyan öz tərəfdarlarını vətəndaş itaətsizliyinə və genişmiqyaslı aksiyalara başlamağa çağırıb.
Ömər Dağlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)