Paşinyandan Azərbaycana ŞOK TƏHDİD
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyandan Azərbaycana ŞOK TƏHDİD

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı təhdid edən açıqlama verib.

Publika.az
xəbər verir ki, Paşinyan Azərbaycanın strategiyasına Ermənistanın cavabının adekvat olacağını bildirib.

“Ermənistan sülhün tərəfdarı olaraq qalır, lakin Azərbaycan tərəfində eyni əhval-ruhiyyəni görmürük. Buna görə də müdafiə qabiliyyətimizi gücləndirməyə davam edirik”, - deyə işğalçı ölkənin rəhbəri iddia edib.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi” barədə iddialarına münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müdafiə Nazirliyinin mətbuat xidmətinin Publika.az-a verdiyi məlumata görə, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır.

“Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”, - deyə Müdafiə Nazirliyi bəyan edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm