Kreml gizli şəkildə bunu edəcək və… - Paşinyan üçün QORXUNC SSENARİ
Bizi izləyin

Cənubi Qafqaz

Kreml gizli şəkildə bunu edəcək və… - Paşinyan üçün QORXUNC SSENARİ

“Proseslərin gedişi onu göstərir ki, Paşinyan qələbəsindən əmindir. “Çarukyan” bloku ilə memorandum imzalanmasından sonra Paşinyan özünü daha rahat hiss etməyə başladı”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Elşad Mirbəşiroğlu Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verməsini şərh edərkən deyib.

Bununla belə, parlamentdə Paşinyana müxalif olan Respublikaçılar Partiyası və “Daşnaksütyun” Partiyasının parlamentdə çoxluq təşkil etdiyini deyən politoloqun sözlərinə görə, onların namizədləri olar bilər:

“Paşinyan aprel hadisələri zamanı siyasi opponentlərini kütlə ilə hədələyir və başqa namizədin olmamasına çalışırdı. İndiki halda Paşinyan namizədliyini verməməsi üçün kiməsə təzyiq edə bilməz. Respublikaçılar Partiyası və “Daşnaksütyun” Partiyasının namizədləri çox güman ki, olacaq. Amma məsələ burasındadır ki, belə olan halda Paşinyan hansı addımlara gedəcək? Yenə kütlənin təzyiqindən bir alət kimi istifadə edib-etməyəcəyi məsələsi sual olaraq qalmaqdadır. Ancaq Paşinyanın özünü kifayət qədər arxayın aparması ona dəlalət edir ki, o, qələbə qazanacağından əmindir. Lakin düşünürəm ki, siyasi müstəvidə nəyisə əminliklə söyləmək mümkün deyil. Siyasi müstəvi olduqca dinamik bir müstəvidir və hər zaman gözlənilməz dəyişikliklər baş verə bilər. Nəzərə almaq lazımdır ki, Paşinyanın mövqeyi Ermənistanda çox ciddi dayaqları olan Rusiyanın mövqeyi ilə ziddir. Paşinyanın bugünkü davranışlarına əsasən deyə bilərik ki, o, baş nazir seçilsə, İrəvanı çox böyük sürətlə Rusiyadan uzaqlaşdırmağa çalışacaq. Bu çox güman ki, Kremldə aydın dərk edilir. Bu baxımdan hesab edirəm ki, Kremlin özünün dəstəklədiyi bir namizəd ortaya çıxa və Rusiyanın ciddi dəstəyini ala bilər”.

Rusiyanın bu prosesdə kənarda dayanması üçün Paşinyanın Moskvaya hansısa təminatlar verməsinin mümkünlüyünə gəlincə, politoloq şimal qonşumuzun çox ehtiyatla davrandığını deyib:

“Moskva müdaxilə etsəydi, apreldə müdaxilə edər və Sarkisyanın hakimiyyətə qalmasını təmin edərdi. Moskva prosesə kənardan seyrçi olduğunu nümayiş etdirməyə çalışır. Bütün hallarda, Moskva prosesə açıq müdaxilə etməyəcək. Əgər kimisə dəstəkləmək istəyəcəksə, bu, pərdəarxası olacaq və adi gözlə çox müşahidə olunmayacaq. Paşinyana Moskvanın etimadının yaradılması məsələsinə gəlincə, bunu real hesab etmirəm. Paşinyanın bu etimadı qazanmaq üçün resursları da yoxdur. Paşinyan Qərbin konkret dairələri tərəfindən dəstəklənir və həmin dairələrin tətbiq etdiyi texnilogiyaların hesabına hakimiyyətə yiyələnib. Bunu Rusiyada yaxşı dərk edirlər. Bu baxımdan, düşünmürəm ki, Paşinyanın Rusiya qarşısında etimad qazanma imkankarı olsun”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm