Cənubi Qafqaz
Paşinyan Azərbaycan liderinin bu gedişindən QORXUYA DÜŞDÜ VƏ... - “Hələ üç ay öncə...”
“Əgər dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) iclasında yeni baş katib seçilməsə, razılığa
görə Ermənistan bu işi davam etdirəcək”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda baş
nazir səlahiyyətini icra edən Nikol Paşinyan mətbuat konfransında
deyib.
Paşinyan qeyd edib ki, onlar Ermənistanın maraqları məsələsində
susmayacaqlar.
Ermənistanın baş nazir əvəzi Azərbaycan Prezidenti İlham Əliyevin
Belarusa səfəri zamanı bu ölkə ilə hərbi-texniki əməkdaşlıq
haqqında memorandum imzalanmasına da münasibət bildirib.
“Hələ üç ay öncə “Polonez”lərin Azərbaycana çatdırılması ilə bağlı
müqavilə imzalanmışdı, hərçənd, həmin vaxt KTMT-də baş katib
Ermənistanın nümayəndəsi idi. Biz bu sazişlərə qarşı çıxırıq, hesab
edirik ki, KTMT-də əməkdaşlıq ruhuna və Ermənistanın maraqlarına
ziddir. Bu məsələdə ən əhəmiyyətli məqam budur ki, biz izahatları
almalıyıq, hər bir ölkə üçün tərəfdaşlığın öhdəlikləri aydın
olmalıdır. Biz o ittifaqın öhdəliklərini yerinə yetiririk ki,
burada bəzi tərəfdaşlarla tərəfdaşlıqdan danışmaq mümkün deyil”, -
deyə Paşinyan danışıb.
Qeyd edək ki, KTMT-də Ermənistanın məğlubiyyətə uğraması,
Azərbaycanın bu platformada uğurlu manevrlər etməsi, eləcə də dünən
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq memorandumun
imzalanması İrəvanda ciddi narahatlığa səbəb olub.
Asif
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


























.jpg)







.jpg)

.jpg)