İnqilabçılar Ermənistan parlamentini tutdu: QARABAĞ KLANI...
Bizi izləyin

Cənubi Qafqaz

İnqilabçılar Ermənistan parlamentini tutdu: QARABAĞ KLANI...

Səhər saat 07:30-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası elektron formada seçki məntəqələrindən daxil olmuş məlumatların hamısını emal edib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, beləliklə, səslərin 100 faiz sayılmasından sonra Nikol Paşinyanın “Mənim addımım” blokunun70,43 faiz səslə seçkilərin qalibi olduğu məlum olub.

8,27 faiz səslə ikinci yeri “Çiçəklənən Ermənistan” Partiyası tutub. Üçlüyü isə 6,37 faiz səslər “İşıqlı Ermənistan” Partiyası başlayıb. Beləliklə, Ermənistanın yeni parlamentində yalnız Nikol Paşinyan və onun inqilabdakı müttəfiqləri olacaq. Qalan siyasi güclər qanunvericiliklə müəyyən olunmuş baryeri keçə bilməyiblər. Keçmiş prezident və baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının parlamentdən kənarda qalması isə seçkilərdə ən diqqətçəkən məqamlardan oldu. Seçkilərin nəticələri həm də Qarabağ klanının Ermənistandakı 20 illik hakimiyyətinə rəsmən son qoydu.

Qeyd edək ki, seçkilərdə iki blok və doqquz partiya iştirak edib. Qanunvericiliyə əsasən, seçici fəallığı üçün minimum hədd qoyulmayıb, ancaq, parlamentə keçmək üçün, partiya 5, seçki bloku isə 7 faizdən çox səs toplamalıdır. Bu halda, parlamentdə minimum üç siyasi güc təmsil olunmalıdır.

“Mənim addımım” bloku mandatların üçdə ikisindən çoxunu tutacaq.

***

Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın “Mənim addımım” bloku, həmçinin “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları seçki bülletenlərinin 90 faizinin sayılmasının nəticəsinə görə Ermənistanın yeni parlamentinə keçirlər.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

“Hazırkı nəticələrə görə “Mənim addımım” bloku 70,45 faiz səs toplayıb. İkinci yerdə “Çiçəklənən Ermənistan” (8,37 faizlə), üçüncü yerdə isə “İşıqlı Ermənistan” partiyası (6,37 faiz) qərarlaşıb”, - xəbərdə deyilir.

Məlumata görə, 2010 seçki məntəqəsindən 1802 məntəqə üzrə səslər sayılıb.

Qeyd edək ki, seçkilərdə iki blok və doqquz partiya iştirak edib. Qanunvericiliyə əsasən, seçici fəallığı üçün minimum hədd qoyulmayıb, ancaq, parlamentə keçmək üçün, partiya 5, seçki bloku isə 7 faizdən çox səs toplamalıdır. Bu halda, parlamentdə minimum üç siyasi güc təmsil olunmalıdır.

***

Mərkəzi Seçki Komissiyası 04:45-də bülletenlərin 81%-dən çoxunun (2010 seçki məntəqəsindən 1702-nin) nəticələrini elan edib:

1. Mənim Addımım – 70,47%

2. Çiçəklənən Ermənistan – 8,33%

3. İşıqlı Ermənistan – 6,34%

4. Respublikaçılar Partiyası – 4,53

5. Daşnaksütyun – 3,96%

6. Biz – 2,04%

7. Sasna Çrer – 1,8%

8. Orinats Yerkir – 1,02%

9. Vətəndaş Qərarı – 0,67%

10. Xristian Demokrat – 0,51%

11. Milli İnkişaf – 0,33%

Qeyd edək ki, Ermənistanda partiyalar üçün baraj 5%, blok üçün isə 7%-dir. Bu nəticə ilə Ermənistanın yeni parlamentində yalnız 3 qüvvə təmsil oluna bilər (Axar.az).

***

Səslərin 9,3 faizi sayılıb (2010 məntəqədən 187-si). Hazırkı nəticəyə görə Paşinyanın bloku 67,24%-lə liderlik edir, Sərkisyanın partiyası isə 4,05% səs toplayıb.

Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.

***

İlk seçki məntəqələrinin nəticələri elan olunub.

Axar.az-ın erməni KİV-inə istinadən verdiyi xəbərə görə, hazırda 2010 seçki məntəqəsindən 134-nün nəticələri belədir:

1. Mənim Addımım – 66,37%

2. Çiçəklənən Ermənistan – 10,62%

3. Respublikaçılar Partiyası – 3,78%

4. İşıqlı Ermənistan – 5,5%

5. Daşnaksütyun – 8,43%

6. Orinats Yerkir – 0,89%

7. Sasna Çrer – 1,49%

8. Vətəndaş Qərarı – 0,54%

9. Xristian Demokrat – 0,36%

10. Milli İnkişaf – 0,33%

11. Biz – 1,69%

Qeyd edək ki, müşahidəçilər Mənim Addımım Blokunun 80% civarında səs toplayacağını ehtimal edir, Sərkisyanın Respublikaçılar Partiyasının isə parlamentə düşmə ehtimalı zəif qiymətləndirilir.

***

Növbədənkənar parlament seçkiləri yekunlaşıb.

Məlumata görə, 20:00-da seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb.

***

Ermənistanda növbədənkənar parlament seçkilərinin tamamlanmasına 3 saat qalmış seçici fəallığı 39,54 faiz təşkil edib.

Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib. Saat 17:00-a olan məlumata görə, səsvermə hüququna malik olan 2 milyon 592 min 481 nəfərdən 1 milyon 25 mini səs verib.

Paytaxt İrəvanda seçici fəallığı 38,04, ölkənin ikinci böyük şəhəri Gümrüdə 31,29, üçüncü böyük şəhəri Vanadzorda isə 38,68 faiz təşkil edib. Bu, ölkədəki seçkilərdə tarixin ən aşağı göstəricilərdən biri hesab olunur.

Bundan sonrakı saatlarda seçici fəallığı üzrə göstəricilərdə ciddi dəyişiklik gözlənilmir.

***

Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 14:00-a olan hesabatına hesabatına əsasən, parlament seçkilərində səsverməyə 636 min 55 nəfər seçici qatılıb.

Publika.az xəbər verir ki, bu ümumi seçici sayının 24.53%-i deməkdir.

Qeyd edək ki, səsvermə hüququna malik erməni vətəndaşlarının sayı 2,592,479 nəfərdir. Xatıladaq ki, saat 08:00-da başlayan seçki prosesi axşam saat 20:00-da başa çatacaq.

*****

13:18

Səhər saat 08:00-dan etibarən başlayan seçkilərdə cəmi 201,250 (7,76% səs) nəfər iştirak edib.

Publika.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Laura Galstyan deyib.

Bu nəticə saat 11:00-a qədər aparılan seçki prosesində qeydə alınıb. Ekspert dairələri seçki prosesinin olduqca passiv keçdiyini bildirir.

MSK-nın rəsmi hesabatına əsasən, səsvermə hüququna malik erməni vətəndaşlarının sayı 2,592,479 nəfərdir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərini izləmək üçün 70 yerli kütləvi informasiya vasitələrindən 1200, 31 xarici media vasitələrindən təxminən, 80 nümayəndə akkreditə olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm