Cənubi Qafqaz
Qarabağa görə Paşinyana ŞOK XƏBƏRDARLIQ: Əgər əraziləri...
Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq
Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb.
Publika.az xəbər verir ki, daşnakların yeni sədri Armen
Rustamyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan
edib.
“Hakimiyyət əraziləri qaytarmasa, onunla sıx əməkdaşlıq etməyə
hazırıq, lakin bunun əksi olacaqsa, ən sərt müxalifət olacağıq.
90-cı illərdə Levon Ter-Petrosyanın bəyanatını hamı xatırlayır.
“Serj, nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb sən yaxşı
yaşamayacaqsan”, Petrosyan belə deyirdi. Ermənistanın inkişafı üçün
güzəştə getməli olduğu deyilir. Lakin biz hesab edirik ki, Qarabağ
məsələsi bizim üstünlüyümüzdür, güzəştə getməməliyik”, - deyə o
bildirib.
Rustamyan qeyd edib ki, onların bundan sonrakı fəaliyyəti
seçkilərlə bağlı deyil: “Parlamentin tərkibində olacağıq, ya yox,
bunun fərqi yoxdur, biz fəaliyyətimizi davam etdirəcəyik.
Ermənistan indi yolayrıcındadır. Ermənistan inkişaf etməlidir,
lakin bu Qarabağ məsələsində və erməni-türk münasibətlərində güzəşt
hesabına olmamalıdır”.
Asif
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi






































.jpg)
