Cənubi Qafqaz
Rusiya 4++ nəsil təyyarələrini Ermənistana verir
Ermənistan 2020-ci ildə Rusiyadan 4 ədəd Su-30SM
təyyarəsi alacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya aviasiya
sənayesi müəssisələrindən birinin top-meneceri “Kommersant” nəşrinə
məlumat verib.
Tor-menecer bildirib ki, təyyarələr Ermənistana kreditlər
veriləcək.
“İndiki şərtlərdə bu Rusiyanın Ermənistana “hədiyyəsidir”.
Razılaşmaya görə, Rusiya tərəfi erməni pilotlara təlimlər də
keçəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, bu təyyarələr 4++ nəsil maşınlarına aiddir.
İmkanlarına görə beşinci nəsil (F-22, F-35, Su-57) təyyarələrinə
yaxındır. Bu təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab
olunur. Suriya əməliyyatında uğurla iştirak ediblər. Ermənistanda
belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd
Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı
“Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı
ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan
aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir.
Ermənistanla müqayisədə Azərbaycanın güclü aviasiya potensialı
mövcuddur. “Aprel müharibəsi”ndəki döyüş qabiliyyəti də bunu əyani
şəkildə sübut etdi.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu