Cənubi Qafqaz
Koçaryanı azad etmiş hakim cəzalandırıldı - FOTO
Ermənistan Ali Məhkəmə Şurası ölkənin keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan hakim David Qriqoryanın səlahiyyətlərini dayandırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikanın məhkəmə departamentindən bildirilib.
Daha əvvəl hakimin vəkili Georgi Melikyan jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı istintaq hərəkətləri çoxsaylı qanun pozuntuları ilə keçirilib. Ancaq vəkil bildirib ki, hakim barəsində cinayət təqibi yalnız Ali Məhkəmə Şurasının icazəsi ilə mümkündür və belə icazə yoxdur.
Qeyd edək ki, mayın 20-də İrəvan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib. Ötən həftə David Qriqoryanın kabinetində axtarış aparılmış və qapısı möhürlənmişdi.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO




















.jpg)















.jpg)


