Cənubi Qafqaz
Ermənistanda dramın devalvasiyası qaçılmazdır
“Ermənistanın valyutası ilin əvvəlindən devalvasiyaya uğrayır. Dramın qiyməti tez-tez dəyişir. Həmçinin, ölkənin tədiyyə balansı kəsrlə üzləşib. İyul ayına olan göstəricilərə əsasən, cari əməliyyatlar hesabında 1 milyard dollar kəsr formalaşıb. İstər tədiyyə balansı, istərsə də cari əməliyyatlar balansı kəsrinin ilin sonuna qədər davam etməsi gözlənilir. Bu halda erməni pul vahidi olan dramın devalvasiyası qaçınılmazdır”.
Publika.az xəbər erir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı “Ermənistanın resurs müharibəsindəki perspektivsizliyi” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
“Ermənistan COVID-19 pandemiyası fonunda xarici borclanmanı daha da dərinləşdirib. Həmçinin, pandemiya ilə mübarizədə də lazımi nəticələr əldə edilməyib. Ermənistan COVID-19 statistikasına görə, dünyadan ən pis 24-cü, postsovet məkanında isə ən pis 1-ci ölkədir” – deyə, o bildirib.
İcraçı direktor əlavə edib ki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə öz iqtisadiyyatını risk qarşısında qoyur, bu halda ölkəyə sərmayə qoyuluşu da azalır ki, bununla da Ermənistan kimi bir ölkənin iqtisadiyyatını bərpa etməsi mümkün olmayacaq:
“Ermənistanın işğalçı siyasətinin nəticəsini sadə erməni vətəndaşları ödəyir. Bu gün hər bir erməni vətəndaşının 2 000 dollardan artıq xarici borcu var. Hər bir vətəndaş münaqişə dövründə əlavə borclanacaq və əlavə sosial məhrumiyyətlərlə üzləşəcək.
Ölkənin xarici borcunun da artması gözlənilir. Ölkəyə veriləcək kredit və borcların şərtləri daha da sərtləşdiriləcək. Ermənistan bu borcu artırmaqla gələcək nəsilləri ciddi maliyyə yükünün altında qoyur. Ölkə rəhbərliyi resurs müharibəsində əhalisinin maraqlarını nəzərə almır”.
V. Qasımlı qeyd edib ki, Ermənistanda qida təhlükəsizliyi ilə qarşılaşmış əhalinin sayı 15,3 faizdir:
“Ermənistanda faktiki olaraq 6 faiz əhali aclıq çəkir, bu rəsmi rəqəmdir. Hər 4 nəfərdən biri yoxsulluq səviyyəsində yaşayır”.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib

















.png)

















