Ölənlərin sayı 1300-ə çatır - Ermənistanda dəhşətli vəziyyət
Bizi izləyin

Cənubi Qafqaz

Ölənlərin sayı 1300-ə çatır - Ermənistanda dəhşətli vəziyyət

Ermənistanda son sutka ərzində 1 328 nəfərə COVID-19 diaqnozu qoyulub.

Publika.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 94 min 776-ya çatıb.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, son sutkada 22 nəfər ölüb. Beləliklə, ümumi ölüm sayı 1291 olub.

Hazırda Ermənistanda 35 min 381 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda 11 yanvar 2021-ci ilə qədər karantin rejimi tətbiq olunacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm