Ermənistan daha bir təhlükə ilə üz-üzə - Bu sahə çökəcək
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan daha bir təhlükə ilə üz-üzə - Bu sahə çökəcək

Ermənistanın ictimai nəqliyyat sektoru yaxında çöküş ilə üzləşəcək və bu, bir günlə məhdudlaşmayacaq.

Publika.az xəbər verir ki, bunu ölkənin Nəqliyyat Birliyinin sədri Qrant Yeqiyazaryan deyib.

O, “Gazprom Armenia”nın ötən ilin iyul ayından bəri benzin doldurma stansiyaları üçün qaz tariflərini artırdığına diqqət çəkib. Bildirib ki, yanacaqdoldurma məntəqələri bu qərarla razılaşmır, bu səbəbdən vaxtaşırı “Gazprom Armenia” ilə danışıqlar aparılır.

Bundan əlavə, nəqliyyat şirkətləri gediş haqqını qaldırmadan qaz üçün daha çox pul ödəməyə hazır deyil. Nəticə etibarilə, bu sahədəki çökmə çox yaxında ola bilər.

Qeyd edək ki, “Gazprom Armenia” şirkəti yanacaqdoldurma stansiyalarına 13 yanvar saat 23:00-dan etibarən 24-36 saat ərzində qaz verilməsini dayandırıb. Qərar Ermənistana təbii qaz tədarük edən “Karmir Kamurj-Sevkar-Berd” magistral qaz kəmərində təcili bərpa işləri səbəbilə qəbul olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm