“Paşinyan 10% partladı” - Rusiya Ermənistanın baş nazirini “İsgəndər”lə “vurdu”
Bizi izləyin

Cənubi Qafqaz

“Paşinyan 10% partladı” - Rusiya Ermənistanın baş nazirini “İsgəndər”lə “vurdu”

Rusiya mətbuatı Ermənistandakı son siyasi hadisələri diqqətdən kənarda qoymayıb.

Publika.az xəbər verir ki, hadisələrlə bağlı ən diqqətçəkən məqalə “Kommersant”ın “Nikol Paşinyan 10% partladı” (Paşinyanın Rusiya istehsalı “İsgəndər” taktiki raketlərinin 10% işləməsinə göndərmə olaraq - red.) başlıqlı məqaləsi olub.

Qəzet yazır: “Azərbaycanla müharibədəki məğlubiyyətdən dərhal sonra Ermənistanda başlayan siyasi böhran cümə axşamı günü pik nöqtəyə çatdı. Baş nazir Nikol Paşinyan Baş Qərargah rəisinin müavinini işdən çıxardıqdan sonra Baş Qərargah rəisinin rəhbərlik etdiyi onlarla yüksək rütbəli hərbi heyət Paşinyanın istefasını tələb etdi.

Sonra baş nazir ölkədə hərbi çevrilişə cəhd olunduğunu və istefası ilə bağlı yalnız erməni xalqının qərar verə biləcəyini bildirərək Baş Qərargah rəisini istefaya göndərdi. İrəvanın mərkəzində iki mitinq toplandı - baş nazirin müxalifləri və tərəfdarları. Müxalifət müddətsiz mitinq elan etdi.

Rusiya böhranın həllinə qatıldı: Prezident Vladimir Putin, Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu İrəvandakı həmkarları ilə telefon danışıqları apardılar”.

RİA “Novosti” IMEMO RAN-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatovun hadisələrlə bağlı müsahibəsini yayımlayıb: “Ermənistan hökumətinin hazırkı rəhbəri Nikol Paşinyanın istefası yalnız zaman məsələsidir. Paşinyan təhlükəsizlik qüvvələrinin dəstəyinə arxalanır, ancaq hökumət başçısının hakimiyyəti qorumaq üçün kifayət qədər tərəfdarı yoxdur”.

“Paşinyan siyasi böhranı həll edə bilmir. Asayişi qorumaq və siyasi prosesləri qanun çərçivəsində davam etdirməyin yeganə yolu Paşinyanın könüllü istefası, erkən seçkilər və hökumətin tamamilə yenidən formalaşmasıdır.

Ancaq burada sualların hamısı zəmanətlərlə bağlıdır. Heç kim Paşinyana bu vəziyyətdə 2018-ci il hadisələri və 2008-ci ildə Serj Sarkisyan seçkilərindən sonra kütləvi etirazların yatırılmasında iştirak etdiyi üçün Robert Koçaryanı dəmir barmaqlıqlar arxasına salmaq cəhdləri fonunda dövlət xaini kimi məhkəməyə getməyəcəyinə zəmanət verə bilməz.

Nə Vaşinqton, nə Brüssel, nə də Moskva Paşinyan üçün zəmanət verə bilər. Dünən onu cənnətə qaldıran küçədəki izdiham indi sadəcə ona nifrət edir. “Sic transit gloria mundi” (“dünyəvi şöhrət belə keçər”) və Paşinyan artıq bu oyunda yaxşı gedişlərə sahib deyil”, - “The Moscow Post” yazır.

RİA FAN yazır: “Ermənistandakı siyasi böhran yeni dövrə keçid etdi. Baş Qərargahın yüksək rütbəli zabitləri insidentə çəkiləcək. Nikol Paşinyan siyasi böhranı, ölkənin idarəçiliyində qüsurlarını gizlətməyi tezliklə iqtisadi böhran hesabına bacaracaq.

Çətin ki, bütün erməni generalları təmizlənsin. Çox güman ki, Onik Qasparyan məsuliyyəti öz üzərinə götürəcək və ya baş nazirlə razılaşacaq. Lakin bu məsələ həll olunana qədər həm Ermənistan dövlətinin sərhədlərinin təhlükəsizliyi, həm də Dağlıq Qarabağ ətrafındakı vəziyyət sual altında qalacaq.

Paşinyanın küçələri kifayət qədər inamla əlində saxlamağa davam etdiyi və bunun sayəsində müxalifətin etirazının yenidən uğursuz olduğu da bildirilə bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm