Ermənistan prezidentinə cinayət işi açıldı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan prezidentinə cinayət işi açıldı

Ermənistan prezidenti Armen Sarkisyana cinayət işi açılıb.

Publika.az
xəbər verir ki, buna səbəb A.sarkisyanın ikili vətəndaşlığının olması faktını gizlətməsidir.

A.Sarkisyanın prezident seçilərkən Ermənistanla yanaşı, Böyük Britaniya vətəndaşlığı da olub.

Martın 30-da Ermənistanda 53 vəkil prezident Armen Sərkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar cinayət barədə hesabat təqdim edib. Xüsusi İstintaq Xidməti cinayət işi qaldırmaqdan imtina etdiyi üçün vəkillər apelyasiya şikayəti veriblər.

Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan Baş Prokurorluğun faktla bağlı istintaqa başladığını bildirib.

“Baş Prokurorluq bizim şikayətimiz əsasında Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) üzrə işə başlayıb”, - Zöhrabyan qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm