Cənubi Qafqaz
Gürcüstan Azərbaycanla quru SƏRHƏDLƏRİNİ AÇDI
Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.
Publika.az xəbər verir ki, qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.
Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.
Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.
Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı. / Oxu.az
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi

























.jpg)









