Cənubi Qafqaz
Ermənistanda parlament seçkiləri başa çatdı
Ermənistanda Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələr başa çatıb.
Bu barədə Publika.az Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb.
Qeyd edək ki, seçkilərdə fəallıq aşağı olub. Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, ölkə üzrə 989 972 nəfər, yaxud seçicilərin 38,17 %-i səs verib. Beləliklə, səsvermələr həm də seçicilərin passivliyi ilə seçilib.
Seçkilərin ilkin nəticələri gecəyarı açqlanacaq.
Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib. Seçki prosesi bir sıra kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olunub. Erməni müxalifətçiləri bugünkü səsvermələri ölkə tarixini ən rüsvayçı seçkiləri adlandırıblar. Paşinyanın əleyhdarları bildiriblər ki, indiyə ədər heç bir seçkidə belə qanunsuzluqlar qeydə alınmayıb.
Ermənistanın Baş Prokurorluğuna səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat daxil olub.
xxx
08:00
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, sayca 8-ci olan seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da başa çatacaq.
Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.
Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.
Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.
Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.
Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.
Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı








.jpg)







.jpg)













.jpg)



.jpg)

