Cənubi Qafqaz
Ermənilər bu lövhədən TƏŞVİŞƏ DÜŞDÜ - FOTO
Qubadlı rayonu ərazisinin Gorus-Qafan avtomobil yolundan keçən hissəsində yeni lövhə quraşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanı yayıb.
"Aysor.am" saytında dərc olunan xəbərdə bildirilir ki, üzərində "Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.
"Gorus-Qafan magistral yolunun Şurnux hissəsində yol polisi məntəqəsindən başqa azərbaycanlılar "Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" yazılan yeni bir löhvə də qoyublar. Həmçinin Azərbaycan tərəfinin İran yük maşınlarını saxlaması və yoxlaması nəticəsində sözügedən avtomobil yolunda gün boyu sıxlıq yaranıb", - xəbərdə qeyd olunub.
Bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
