Cənubi Qafqaz
Ermənilərin sürüsü Azərbaycan ərazisinə keçdi
Qərbi Zəngəzur əyalətinin Azərbaycanla sərhəddə yerləşən Karnidzor kəndinin 107 qoyunu və 5 baş keçisi Azərbaycan ərazisinə keçib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu iddianı erməni hüquq müdafiəçisi Arman Tatoyan paylaşıb.
Onun iddiasına görə, hadisə 22 oktyabr 2021-ci ildə, günorta saatlarında baş verib.
Erməni xisləti və mahiyyətinə uyğun olaraq, Tatoyan Azərbaycan əsgərlərinin enişi düşərək, “qəbiristanlıq ərazisindən” qoyun sürüsünü “oğurladığı” haqda böhtan da səsləndirib. Guya qoyunlar sərhədi keçməyibmiş.
Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib.
Bununla bərabər, Tatoyan delimitasiyanın mütləq aparılmalı olduğunu və sərhədlərin bir an tez müəyyənləşməsi vacibliyini də qeyd edib.
Tatoyanın son cümləsi təsdiqləyir ki, qoyun sürüsü Azərbaycan ərazisinə daxil olub. Digər tərəfdən, “Azərbaycanın iki əsgəri enişi enərək qəbiristanlıqdan qoyunları aparırsa”, Azərbaycan Ordusu ilə üzbəüz mövqe tutan erməni əsgərləri və Rusiya sərhədçiləri hara baxırdı? Xatırladaq ki, Ermənistanın sərhədlərini rus sərhədçiləri qoruyur.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
