Cənubi Qafqaz
Paşinyan parlamentdə qəzəblənib ÖZÜNDƏN ÇIXDI - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi barədə sualları Paşinyanı özündən çıxarıb.
“Siz nəyi nəzərdə tutursunuz, nəyi aydınlaşdırmaq istəyirsiniz? 100 dəfə soruşmusunuz, 100 dəfə də cavab vermişik. Siz elə danışırsınız ki, sanki bildiyiniz fövqəladə məqam var. Deməyə sözünüz varsa, məlumatınız varsa, açıq deyin. Gedib söhbət yayıyırsınız ki, 5 milyard verdilər, nə bilim satdılar, aldılar. Mən də deyirəm ki, satan da sizsiniz, kapitulyant da sizsiniz. Lazım gəlsə sübut da edərik.
O zaman sizin şefinizin hesabında neçə milyon pul var idi, ounu niyə demirsiniz? O, vicdanla işləyirdi, yoxsa, ordudan oğurlamışdı? Oğlanlarının hesablarında pullar dollarla idi, yoxsa avro ilə? Ayın 25-də nə qədər dramı dollarlara dəyişdirdilər. Bu, onların öz gəlirləri idi?" - deyə Paşinyan hiddətlənib.
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı


































.jpg)