Saakaşvilinin SON DURUMU - Həkimi danışdı
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvilinin SON DURUMU - Həkimi danışdı

"Eks-prezident bu gün zəif görünsə də, dünəndən fərqli olaraq rahat görüşə bildi".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri ötən gecə eks prezident Mixeil Saakaşvili ilə görüşən şəxsi həkimi Nikoloz Kipşidze deyib.

Həkimin sözlərinə görə, Saakaşvili ona bu gün baş tutacaq məhkəməyə gəlməyə və gürcü xalqı ilə danışmağa hazır olduğunu bildirib:

"Bu gün dünəndən fərqli olaraq, o, beşinci mərtəbədən, təbii ki, liftlə enə bildi. Onunla tanışlıq otağında görüşdüm. Dünən onun belə imkanı yox idi. Zəif görünür, amma bir daha təkrar edirəm o, məhkəmə iclasına hazırdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm