Cənubi Qafqaz
Saakaşvilini hospitaldan naməlum yerə aparmaq istədilər, lakin...
Axşam saatlarında eks prezident Mixeil Saakaşvilini Qori Hərbi Hospitalından köçürmək istəyiblər.
Publika.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin vəkili Nika Qvaramia açıqlama verib.
O, Saakaşvilinin yazdığı məktubu ictimaiyyətə təqdim edib:
“Bu gün məni aparmağa gəldilər, saat altının yarısı idi, qara geyinmişdilər, onlar məni aparacaqlarını bildirdilər, amma hara demədilər. Mən qan təzyiqi və nəbz yoxlamasını istədim, təzyiqim 180 idi, ikinci ölçmədə artıq 200/110 idi. Normal qan təzyiqim 120/80-dir. Bu, mənim fikrimcə, hipertansif böhran idi. Mən təzyiq və nəbz baxımından heç vaxt belə vəziyyətdə olmamışam. Köçürülməyə məcbur etməyə çalışdıqdan sonra müqavimət göstərdim, bundan sonra qapını bağladım və bundan sonra heç birşeyi xatırlaya bilmirəm. Özümə gələndə həkim yanımda dayanıb dedi ki, narahat olma heç yerə aparmırlar, xəstəxanada qalacaxsan.
Bu, həyatımda yaşadığım ən ağır böhran idi. Bütün bu müddət ərzində, o cümlədən tibbi müayyinələr zamanı video çəkirdilər. Vəziyyətimin ağır olduğu videoda qeyd olunub”, - deyə M. Saakaşvili bildirib.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi












.png)















.jpg)
.jpg)





