Vardanyanın Qarabağa köçməsinin ƏSL SƏBƏBİ bəlli oldu
Bizi izləyin

Cənubi Qafqaz

Vardanyanın Qarabağa köçməsinin ƏSL SƏBƏBİ bəlli oldu

İndi elə bir dövrdür ki, Qərb dünyasında rusiyalı iş adamı (hətta erməni, lakin Rusiya ilə sıx bağlı olsa belə) anlayışı tam olaraq kobud, təhqiramiz ifadə olmasa da belə deyək, bu kateqoriyaya aid edilməmək daha yaxşıdır.

Publika.az xəbər verir ki, bunu “Kommersant FM”in siyasi icmalçısı Dmitri Drize erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb orada yaşamaq istəyinə münasibət bildirərkən deyib.

Radio üçün səsləndirdiyi şərhində Dmitri Drize bildirib ki, R.Vardanyanın uzun müddət əvvəl işdən uzaqlaşmağı və informasiya sahəsində olmamağı onu qara siyahıya düşməkdən xilas etməyəcək:

“Ya Rusiyanın ümumi xəttindən imtina etmək, ya da hansısa həll yolları axtarmaq lazımdır”.

Dmitri Drize daha sonra deyib:

“Bununla belə ətrafda çox sinizm var – hər yerdə hansısa bir maraq görünür. Ruben Karlenoviç maliyyə dünyasında çox məşhur şəxsdir, Rusiyanın ilk ən böyük investorlarından biridir. “Troyka Dialoq” bu seqmentdə həmişə lider hesab edilib və böyük nüfuza malik olub. Təkcə yerli deyil, həm də xarici biznes kapitanların iştirakı ilə heç bir yüksək səviyyəli maliyyə, iqtisadi forum, dəyirmi masalar və digər bu kimi platformalar Vardanyansız keçə bilməzdi.

O kəskin danışırdı, hakimiyyətlə münasibətlərdən, dünyanı necə daha yaxşı bir yerə çevirməkdən, gələcək perspektivli inkişaf üçün yerli biznes ictimaiyyətinə nəyin çatmadığından danışırdı. İndi isə deyəsən, bütün bunlar başqa dünyada baş verib. Sonra Vardanyan özünün “Troyka”sını Sberbank-a satdı və tədricən ictimai xadim olmaqdan çıxdı. Ancaq biz xatirə axşamına yığışmamışıq, buna görə də keçmiş üçün narahat olmayacaq və xəsisliklə kişi göz yaşı tökməyəcəyik”.

Siyasi icmalçı qeyd edib ki, R.Vardanyan təkcə Rusiya və Ermənistanda deyil, Qərbdə də məşhurdur:

“O, əlaqələri olan bir iş adamıdır. Mərhum iş adamı Kaxa Bendukidzeni xatırlayaq, o da Gürcüstana getdi – iqtisadiyyat naziri oldu, islahat planı hazırladı”.

Qeyd edək ki, iş adamı Ruben Vardanyan Qarabağa gedib orada yaşamaq niyyətini açıqlayıb. Keçmişdə Rusiya maliyyə bazarının lideri olduğu iddia edilən şəxs Rusiya vətəndaşlığından imtina edir və qondarma, tanınmamış qurumun xeyrinə işləmək niyyətindədir.

“Forbes” jurnalı 2021-ci ildə onun sərvətini təxminən 1 milyard dollar dəyərində qiymətləndirib. Dünən yayılan xüsusi müraciətində Vardanyan böyük uğur qazana bildiyi və iri sahibkar kimi yer tutduğu Rusiyaya təşəkkür edib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm