Cənubi Qafqaz
Cəlal Arutyunyana ittiham irəli sürüldü
Ermənistan İstintaq Komitəsi qondarma “dqr”in “müdafiə ordusu”nun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyana qarşı ittihamların irəli sürüldüyünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məluamt yayıb.
Məlumata görə, o, 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı xidməti vəzifələrinə səhlənkar münasibət göstərərək, onları yerinə yetirməyib və ya lazımınca yerinə yetirməyib, bu əməllər ağır nəticələrə səbəb olub. Belə ki, bunun nəticəsində bölmələr külli miqdarda canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb, ehtiyat hissələr döyüşə yararsız hala düşüb, atəş mövqeləri Azərbaycan Ordusunun nəzarətinə keçib.
“2 sentyabr 2022-ci ildə Cəlal Arutyunyana 18 aprel 2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi (hazırkı Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsinə uyğun gəlir) ilə iki maddə üzrə ittiham irəli sürülüb. Həmin gün onunla bağlı başqa yerə getməmək və səlahiyyətlərinin dayandırılması növündə qəti-imkan tədbiri seçilib”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, bundan əvvəl Cəlal Arutyunyanı “müdafiə ordusu”nun komandiri postunda əvəz etmiş Mikael Arzumanyana qarşı da ittiham irəli sürülüb.
Səxavət
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
