Cənubi Qafqaz
İran səfiri yenə də Ermənistana qahmar çıxdı: "Zəngəzura heç kim iddia edə bilməz"
Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İranın bu ölkədəki səfir Abbas Badaşxan Zohurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu əməkdaşlıq genişlənəcək və yeni keyfiyyət alacaq.
Zohuri qeyd edib ki, Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə inkişaf üçün yaxşı əsasdır və bunu, xüsusilə son illərdə müşahidə etmək olar.
Səfir qeyd edib ki, Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.
İranın Qafanda konsulluğunun açılmasının yüksək qiymətləndirilməsinə cavab olaraq Zohuri bildirib ki, Sünik (Zəngəzur) bölgəsi Tehran üçün mühüm rol oynayır.
"O vurğulayıb ki, heç bir dövlətin regiona iddiası olmamalıdır", - məlumatda deyilir.
Vardapetyan və Zohuri, həmçinin məhkumların ekstradisiyası, hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq kimi məsələləri də müzakirə ediblər.
Dünən məlum olub ki, Ermənistan və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub.
Səxavət
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





