Cənubi Qafqaz
Paşinyanın oğlu Simonyanı biabır etdi: Yalan deyir, hücum olmayıb - VİDEO
“Mənə qarşı heç bir siyasi və digər hücumlar olmayıb”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin oğlu Aşotun Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetində dərc olunmuş bəyanatında deyilir.
“Təəssüf ki, haqqımda yayılan yalan məlumatı təkzib etməliyəm. O ki qaldı “məlumat”ın yayılmasına, məncə, ən təəccüblü olanı kimin kimdən sitat gətirməsidir. Heç vecimə də deyil. Hər kəsə ən xoş arzularımı bildirirəm”, - A.Paşinyan bildirib.
Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan öz feysbuk səhifəsində Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyana hücum edildiyini yazmışdı. Simonyan hadisənin təfərrüatlarını açıqlamayıb, sadəcə bildirmişdi ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.
Simonyan parlamentdə “Daşnaksütyun” partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mher Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı, sonra isə İrəvanın mərkəzində “Daşnaksütyun” partiyasının digər nümayəndəsini vurması hadisəsini xatırlatmışdı: “Üç gün əvvəl Dövlət və Hüquq Məsələləri Daimi Komissiyasının sədri Vladimir Vardanyan “Daşnaksütyun” partiyasını təmsil edən deputatın hücumuna məruz qalıb və onu vurub, bundan sonra o, dovşan kimi öz fraksiyasına qaçıb.
İrəvanın mərkəzində 100 metrə yaxın məsafədən bir daşnak fenomeni MŞ sədrinə qarşı təxribat törədib və dünən baş nazirin oğluna da hücum olub. Bu, bir sıra mütəşəkkil təxribatlardır, izləri, əminəm ki, ölkə hüdudlarından kənarda da var. Lakin hüquqi-siyasi qiymətlər özünü çox gözlətməyəcək”.
Akqabay
-
Region13:15"Qonşularımızdan üzr istəyirəm!" - Pezeşkian
-
Nida Xəbər 12:55Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tam təxliyə olundu
-
Ekologiya12:21Bayram günü hava necə olacaq?
-
Nida Xəbər 11:3566 ölkənin 1761 vətəndaşı İrandan Azərbaycana təxliyə olundu
-
Hadisə11:05Azərbaycanda ictimai xadimə sui-qəsd planı hazırlanıbmış
-
Hadisə10:45Gəncədə qanunsuz tikililər söküldü - Video
-
Nida Xəbər 10:25Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edildi
-
Hadisə10:05Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu










.jpg)













.jpg)










