Cənubi Qafqaz
Rusiya Qarabağda sülh istəmir: Erməni terrorçularından istifadə edir
Bildiyimiz kimi, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan əsgərinin yaralanmasına cavab gecikmədi və “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Bəzi məlumatlara görə, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir. Təxribatların yenə sülh danışıqları ərəfəsində baş verməsi təəccüb doğurmadı.
Publika.az-a danışan siyasi ekspert Samir Hümbətov bildirib ki, baş vermiş təxribat planlı və məqsədli şəkildə həyata keçirilib:
“Azərbaycan Ordusu baş verən təxribatla əlaqədar olaraq “Qisas” əməliyyatı həyata keçirdi və bu əməliyyat nəticəsində 5 erməni terroçusunun məhv edilməsi ilə bağlı məlumatlar yayıldı. Eyni zamanda bir neçə terrorçunun yaralanması ilə bağlı da məlumatlar mövcuddur. Detalları yəqin ki, aydın olacaq. Biz bilirik ki, bu təxribat nəticəsində Azərbyacan Silahlı Qüvvələrinin bir hərbçisi yaralanıb. Sevindirici haldır ki, hərbçimizin həyati təhlükəsi yoxdur. Bildiyimiz kimi artıq Azərbyacan və Ermənistanın xarici işlər nazirləri arasında Vaşinqtonda ikinci raund görüş keçirilir. Bildiyimiz kimi, görüşün birinci raundu may ayının 1-dən 4-nə qədər baş tutdu. İkinci görüş isə artıq başlayıb və davam edir. ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilir. Sülh danışıqlar prosesinin əsas məqsədi ondan ibarətdir ki, tərəflər arasında sülhün əldə edilməsi üçün bütün imkanlardan istifadə olunsun. Düşünürəm ki, baş vermiş təxribat planlı və məqsədli şəkildə həyata keçirilib. Bunun da arxasında dayanan əsas səbəblərdən biri, bəlkə də birincisi sülh danışıqlarına mane olmaqdır. Baş verən təxribatın dırnaqarası sülhməramlıların fəaliyyəti və təhriki ilə baş verməsi halı da istisna deyil. Bu insident məqsədyönlü şəkildə həyata keçirilib. Məqsəd sülh danışıqları prosesini pozmaqdır. Rusiya və rus sülhməramlı qüvvələri başa düşürlər ki, artıq Ermənistan Azərbyacanla danışıqlara məcburdur. Bunu etməlidir və ABŞ-ın da əsas hədəfi bundan ibarətdir ki, tərəflər arasında bu və ya digər formada sülhü əldə edə bilsin.”
![]()
Ekspert qeyd edib ki, Rusiya erməni terrorçu qüvvələrindən sülh prosesinə mane olmaq üçün istifadə edir:
“Sülhü pozmaq üçün də ən ideal variant öz əllərində saxladıqları terrorçu ünsürlərdir ki, rus sülhməramlıları və ya Rusiyanın Kreml administrasiyasındakı bəzi dairələr bundan daha məharətli şəkildə istifadə etməyə çalışırlar. Bütün imknaları ilə təxribat törıtməyə çalışırlar. Bu baxımdan hesab edirəm ki, bu cür təxribatlar hər zaman olub və bundan sonra da olacaq. O vaxta qədər ki, tərəflər sülh müqaviləsini imzalayacaqlar. Həmin o müqavilə imzalandıqdan sonra artıq bu cür insidentlər yaşanmayacaq və hətta rus sülhməramlıları bölgəni tərk etməyə məcbur olacaqlar. Biz indiki məqamda tərəflər arasında nə qədər sakitlik istəsək də gərginliklər davam edəcək. Baş verən istənilən silahlı insidentlərə Azərbaycan Silahlı Qüvvələri adekvat və sərt şəkildə cavab verir və bu gündən sonra da düşünürəm ki, tədbirlər həyata keçiriləcək. Ötən ilin avqust ayında Anar Kazımovun şəhid edilməsi ilə əlaqədar “Qisas” əməliyyatı baş tutmuşdu. İndi isə bir hərbçimiz yaralanıb. Onunla bağlı “Qisas” əməliyyatı həyata keçirildi. Qarşı tərəf təxribatlarına davam etdiyi müddətdə bu tendensiya davam edəcək.”
Nəzrin
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region19 Avqust 17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir






































