Cənubi Qafqaz
CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə aldı - VİDEO
CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.
Telekanaldan Publika.az-a verilən məlumata görə, çəkiliş qrupunun qarşısında duran vəzifə şəhərin əvvəllər azərbaycanlıların yaşadıqları tarixi yerlərini və məhəllələrini lentə almaq olub. Etnik təmizləmədən sonra bu tarixi məkanlar Ermənistan hakimiyyəti tərəfindən dağıdılıb və dəyişikliyə məruz qalıb.
CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.
Bu, CBC telekanalının çəkiliş qrupunun Ermənistana ikinci səfəridir.
Yeni sənədli filmdə CBC ekspedisiyasının İrəvanın əsl sakinləri haqqında tapdığı dəlillərdən bəhs edilir.
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi






































