Cənubi Qafqaz
Saakaşvili ölkə müxalifətinə ÇAĞIRIŞ ETDİ
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkilərində vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
"Mən müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxminən bilirəm, amma başqalarının fikirləri ilə də maraqlanıram", - Saakaşvili deyib.
Siyasətçi Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Saakaşvilinin sözlərinə görə, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə vacibdir.
"Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn parlament seçkilərində Gürcüstanı onun caynağından azad etmək lazımdır", - Gürcüstanın eks-prezidenti vurğulayıb.
Saakaşvili yanvarın sonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefasını şərh edib. O, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib .
Bundan əvvəl Saakaşvili özünü Gürcüstan uğrunda Rusiyaya qarşı döyüşçü adlandırmışdı.
Hüseyn İbadlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC








.jpg)


























