Cənubi Qafqaz
Gürcüstan parlamenti yeni hökuməti təsdiqlədi
Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.
Publika.az xəbər verir ki, Kobaxidzenin və onun təmsil etdiyi Nazirlər Kabinetinin üzvlərinin namizədliyinin lehinə 84 deputat, əleyhinə isə 10 deputat səs verib.
Yeni hökumətə etimad göstərmək üçün 150 səsdən 76-sı lazım idi. Beləliklə, 45 yaşlı Kobaxidze 2012-ci ilin payızından Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu”nun yeddinci baş naziri oldu. Onun sələfi İrakli Qaribaşvili bu vəzifəyə iki dəfə təyin edilib.
Yeni hökumətdə mədəniyyət və idman naziri Teya Tsulukiani, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşivli, maliyyə naziri Laşa Xutişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ədliyyə naziri Rati Breqadze, daxili işlər naziri Vaxtanq Qomelauri, müdafiə naziri İrakli Çikovani, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari, işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili və Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Teya Axvledian olacaq.
Xatırladaq ki, Gücüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verərək hakim partiyanın sədri təyin olunub.
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Hadisə22 İyun 18:50Dənizdə batan şəxslərin yarımçıq qalan süfrəsi - Foto
-
Elm və təhsil22 İyun 18:40Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq




































