Cənubi Qafqaz
Bakı və Ankara mesaj verdi, ordu kazarmadan çıxdı - Ermənistan üçün “dəhşətli ssenari”
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, ardınca Türkiyəyə rəsmi səfəri və Ankarada Ərdoğanla birlikdə verilən mesajlar, o cümlədən, ordumuzun hava hücumundan müdafiə bölmələrinin S-300-ləri hazır vəziyyətə gətirməsi, “şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqların icrası” ilə bağlı keçirdiyi təlimlər Ermənistanda xof yaradıb.
Publika.az xəbər verir ki, erməni müəllif K.Ambartsum baş verənləri “Dəhşətli gözləntilər: Bakı və Ankara hədəfini gizlətmir” deyə şərh edib.
Erməni müəllif yazır ki, Bakı və Ankara artıq Ermənistanın hansı siyasəti aparacağı, hansı siyasəti aparmayacağını müəyyən edir.
“Əliyevlə Ərdoğanın Ankarada Ermənistanla bağlı verdikləri mesajlar bunu göstərir. Sağ qaldıq, indi bizə deyirlər ki, nəyi etmək olar, nəyi yox. Üstəlik, Bakıdan da, Ankaradan da öz hədəflərinə nail olacaqlarını açıq şəkildə elan edirlər. Artıq “Akıncı” PUA-ları Azərbaycandadır, hətta bu PUA-ların istehsal bazasını yaratmağı düşünürlər. Bütün bunların fonunda Azərbaycan ordusu S-300 komplekslərinin iştirakı ilə təlimlərə başlayıb. Belə görünür ki, Münxen Təhlükəsizlik Konfransında da Ermənistan öz istəyinə nail ola bilmədi. Çünki ABŞ dövlət katibi Blinken və Almaniya kansleri Şolts Prezident İlham Əliyevlə çox səmimi şəkildə görüş keçirdi, ona Ermənistan siyasəti haqda heç bir irad bildirilmədi. Münxen Ermənistan üçün diplomatik uğursuzluqla nəticələndi. Ermənistan rəhbərliyi dünyanın diqqətini Azərbaycana qarşı yönəldə bilmədi. Əliyev isə Münxendə də istəyinə nail oldu və birgə planların detallarını Ərdoğanla müzakirə etmək üçün Ankaraya uçdu. İndi Ermənistanı kim qoruyacaq? Bir vaxtlar bunu Rusiya edə bilərdi, amma Ukraynaya görə bu mümkün deyil. Ermənistanın mövcud hakimiyyəti Rusiyadan tamamilə üz döndərib, lakin ölkənin təhlükəsizliyinin təminatçısı kimi onun əvəzedicisini tapmayıb. Bundan sonra bizə ancaq dəhşət içində gözləmək qalır ki, Bakı və Ankara planlarını necə və nə vaxt həyata keçirəcəklər”, - erməni müəllif qorxu ilə yazır.
Asif
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı













.jpg)


.jpg)























