Cənubi Qafqaz
Rusiyadan XƏBƏDARLIQ: qonşu ölkə yenidən çalxalana bilər - FOTO
Rusiyalı politoloq Aleksandr Dudçak Gürcüstanda yeni inqilab riski barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər", - o vurğulayıb.

Ekspert qeyd edib ki, respublikada Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür:
"Lakin yerli əhali Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini artıq hiss edir: Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var".
"Lakin parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq", - Dudçak əlavə edib.
Xatırladaq ki, Gürcüstanda 2003-cü ildə Qızılgül inqilabı baş verib. Nəticədə dövlət başçısı Eduard Şevardnadze vəzifəsini buraxmaq məcburiyyətində qalıb. Hakimiyyətə hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşvili gəlib.
Hüseyn İbadlı
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək








.jpg)


























