Cənubi Qafqaz
Kilsə də Paşinyandan ÜZ ÇEVİRDİ: "Azərbaycan Prezidentinin çıxışları..."
Erməni Apostol Kilsəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə üçün yeni konstitusiya qəbul etmək təşəbbüsünü son dərəcə şübhəli adlandırıb/
Publika.az xəbər verir ki, bu barədə "EurAsia Daily" portalı məlumat yayıb .
Bütün ermənilərin katolikosu II Qareginin başçılıq etdiyi Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurası qeyd edib ki, Ermənistanın müxtəlif yüksək rütbəli rəsmilərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları yalnız yeni konstitusiyanın qəbulu ilə bağlı olub.
İyerarxlar hesab edirdilər ki, ölkənin yeni konstitusiyasının qəbulu təşəbbüsü çox şübhəlidir, xüsusən də Ermənistanın ictimai dairələrində bunun xarici təzyiqin nəticəsi kimi qəbul edildiyini nəzərə alsaq.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığını bildirib .
Ermənistan Təhlükəsizlik Şurası isə Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid etdiklərini bildirmişdi.
Hüseyn İbadlı
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək








.jpg)


























