Cənubi Qafqaz
Ermənilər Kəlbəcərdə etdiklərini Qazaxda təkrarlayırlar - FOTO
Ermənilər sərhədin demarkasiyası nəticəsində Azərbaycan ərazisində qalan evləri dağıtmağa başlayıb.
Publika.az xəbər verir ki, dövlət sərhədinin Qazax-Tavuş istiqamətində aparılan demarkasiya nəticəsində Kirants kəndində iki ev Azərbaycan ərazisinə düşüb. Ermənilər işğal dövründə bu kəndin ərazisini qeyri-qanuni şəkildə genişləndirərək, sərhəd xəttini pozublar. Sərhədin müəyyənləşməsi nəticəsində ermənilərin tikdiyi iki ev də Azərbaycan ərazisində qalıb.
Ermənistan mediası yazır ki, evin sahibləri artıq onların söküntüsünə başlayıb.
Kirants kəndinin rəhbəri Kamo Şahinyan bildirib ki, evlərdən biri Mherindi: “O, artıq evini sökməyə başlayıb. İnsanlar azərbaycanlıların əlində heç nə qoymaq istəmirlər. Digər ev də Xanuminə məxsusdur, amma hələ sökmür, səbəbini bilmirəm. Yəqin yaxın günlərdə sökməyə başlayacaq”.
K.Şahinyan bildirib ki, ermənilərə evləri boşaltmaları üçün iyunun 24-nə qədər vaxt verilib.
Qeyd edək ki, ermənilərin işğal etdikləri əraziləri tərk edərkən maksimum ziyan vurması ilk hal deyil. 44 günlük müharibədən sonra Kəlbəcəri tərk edərkən, evləri və meşələri yandırdılar. Sərhədin Qubadlı-Gorus istiqamətində zəbt etdikləri ərazilərdən çıxanda da eyni addımı atdılar. İndi də vaxtilə zəbt etdikləri ərazilərdə tikdikləri evləri sökürlər. Bu, ermənilərin dəyişməyən xislətidir.
Asif
-
Region22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin220:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO




















.jpg)







.jpg)









