Tabloid.az
Habil Əliyev: “Kəfəni yırtdım” - Özəl
Xalq artisti, ustad sənətkarımız Habil Əliyevin səhhəti ötən gecədən etibarən nisbətən yaxşılaşıb.
Bu barədə Publika.az-a açıqlama verən sənətkarın ömür-gün yoldaşı Şərqiyyə xanım sənətkarın hazırda sağlıq durumunun yaxşılığa doğru getdiyini bildirib: “Sözün düzü, xəstəxanada həkimlərin səyinə baxmayaraq, Habilin vəziyyətində heç bir dəyişiklik yox idi. Ümidimizi üzmüşdük. Amma Allah dualarımızı eşitdi, ötən gecədən etibarən Habilin vəziyyəti əvvəlki günlərlə müqayisədə yaxşılaşdı. O, gözünü açıb dedi ki, Şərqiyyə, kəfəni yırtdım”.
Şərqiyyə xanım onu da bildirdi ki, sənətkarı yoluxmaq üçün Ağdaş camaatı, qohum-əqrəba yığışıb Bakıya gəlib: “İnan, evdə adam əlindən tərpənməyə imkan yoxdur. Qohum-əqrəba, sevənləri hamısı başının üstündə durub keşik çəkirdi. Habil onları görəndə kövrəldi, amma zarafatından da qalmadı. Şükür Allaha, indi onda boğulma halı yoxdur. Başını yastığa qoya bilir. Amma əvvəl başını yerə qoyan kimi boğulurdu. Həkimlər məcbur olurdu ki, ona iynə vurub yatırsınlar”.
Şərqiyyə xanım onu da bildirdi ki, sənətkar artıq yemək də yeyir: “Yüngül yeməklər yedizdirdik, şorba içdi. Hələlik, az-az danışır”.
Cəvahir Səlimqızı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO