Tabloid.az
Bu, Azərbaycanın kitaba verdiyi dəyərdir - SORĞU
Artıq kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının üzərindən 18 faiz ƏDV ləğv olundu.
Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən (ƏDV) azad edildi.
Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Bununla bağlı bu gün – mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzaladı.
Xatırladaq ki, Cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu.
Bu barədə sosial şəbəkədə dərhal post paylaşan və bütün kitabsevərləri təbrik edən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq.
Onun kağızın bahalaşmasına baxmayaraq ƏDV-nin ləğvi kitab qiymətlərinə necə təsir edəcəyi barədə fikirlərini aldıq:
"Biz uzun illərdir bu barədə işlər aparırdıq. Prezidentimiz bu barədə fərman imzaladı ki, qanun qüvvəyə minsin. Baş nazirə də müraciət ünvanlamışdım. Bu gün bu məsələ parlamentdə ciddi müzakirə olunub və elə dərhal sonra da Nazirlər Kabinetinin bu barədə qərarı yayıldı. Mənə görə çox sevindirici xəbərdir. İllər boyu biz bu xəbəri gözləyirdik. Bu, Azərbaycanın kitaba verdiyi dəyərdir. Avropada da ƏDV kitab üzərindən götürülmüşdü və biz də artıq bu baxımdan Avropa ailəsinə qoşulduq. Kağızın qiyməti bəzən düşür, bəzən qalxır. Amma bütün hallarda bu qərarla kitabın qiyməti ucuzlaşacaq".
src="/storage/files/upload/51710f9786f6f5f17f99fa931be9ec69a2b557e5.jpg" style="width: 439px; height: 292.667px;" class="fr-fic fr-dib">
“Xan” nəşriyyatının rəhbəri Səbuhi Şahmursoy ƏDV-nin ləğvini yüksək qiymətləndirdi:
"Çox əla xəbərdir. Dövlət bizə böyük yaxşılıq etdi. Azərbaycana kağız əsasən qonşu dövlətlərdən gəlir. Onların qiymət strategiyası həmişə bizə təsir edir. Oradan baha gəlirdisə bizdə də baha olurdu. Kağız topdan satıcılarla nəşriyyatlar arasında, nəşriyyatla daşıma şirkətləri arasında, daşıma şirkətləri ilə mağaza arasında - hamısında 18 faiz vergi tutulurdu. Təbii ki, bunların hamısı bahalaşmaya səbəb olurdu. İndi müharibə ilə bağlı kağızın bahalaşdığını bilirsiniz. Ola bilər qonşu dövlətlər bizi nəzərə almadı, amma dövlətimiz bizi nəzərə aldı.
src="/storage/files/upload/79cccbaef718777255378fb70564ce4e1e3fbd7c.jpg" style="width: 380px; height: 510.467px;" class="fr-fic fr-dib">
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






