Tabloid.az
Azər Paşa Nemətovdan naşirə cavab: Teatr prosesini yaxından izləsəydi...
"Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun tənqidi fikirlərinə münasibət bildirib".
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov Publika.az-a açıqlamasında qeyd edib ki, naşirin Milli Teatr haqqında səsləndirdiyi fikirlər doğru deyil:
"Şahbaz Xuduoğlu teatr prosesini yaxından izləsəydi, kiçik bir araşdırma aparsaydı, Feysbukda yazdığı fikirlərin doğru olmadığını görər və fikrindən daşınardı. Amma yenə gec deyil, mən faktları sadalayım, Şahbaz bəy fikirlərini redaktə eləsin. Əvvəla, teatrda baş rejissor vəzifəsi yoxdur. İkincisi, Akademik Milli Dram Teatrındakı tamaşaların hamısının teatrın bədii rəhbər-direktoru Azər Paşa Nemətov tərəfindən hazırlanması iddiası kökündən yanlışdır. Əgər istinad yeri teatrın qarşısındakı afişalardırsa, həmin afişalar dəyişkəndir, vaxtaşırı bir-birini əvəz edirlər. Yəni teatrın qarşısındakı afişalardan iki-üçünün şəklini Feysbukda paylaşıb insanları çaşdırmaq olmaz. Teatrın cari repertuarında olan tamaşaların rejissorları bunlardır: Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Firudin Məhərrəmov, Nicat Kazımov, Mikayıl Mikayılov, Əlif Cahangirli, Emil Əskərov".
A.P.Nemətov həmçinin bildirib ki, Mərahim Fərzəlibəyovun “Qarabağnamə”, “Qürbətdən gələn məktublar”, “Qətibə İnanc”, “Mənim günahım”, Bəhram Osmanovun “Dəli yığıncağı”, Firudin Məhərrəmovun “Anamın kitabı”, Nicat Kazımovun “Zorən şorgöz”, “Filumena Marturano”, Mikayıl Mikayılovun “Xanuma”, “Müfəttiş”, Əlif Cahangirlinin “Buratino axmaqlar ölkəsində”, “Çipollino”, “Bir, iki, bizimki”, Emil Əskərovun “İnanıram”, “Sehrli buta”, “Sehrli sandıq” tamaşaları repertuardadır: "Mehman Fətullayevin “Sığınacaq”, Emil Əskərovun “Medeya”, Nigar Güləhmədovanın “Küknarlara məktub” tamaşaları üzərində iş aparılır, bu səhnə əsərləri yaxın günlərdə təqdim olunacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
