Tabloid.az
İtalyan müğənni azərbaycanlı oğlanı seçdi - FOTO
"Ümid yağışı" adlı mahnıda İnqridin duet ortağı Vaqif Nağıyev olacaq.
"Qolos Ukrainı" musiqi yarışmasında səsi ilə münsifləri heyran qoyan Vaqif italiyalı İnqridi də səsi ilə özünə ram edib. Publika.az-ın xəbərinə görə, sentyabrın 6-da baş tutacaq konsertdə gənc müğənni Vaqif onun yeni duet ortağı kimi çıxış edəcək.
Məlumat üçün bildirək ki, sentyabrın 5-dən 7-dək Bakıda polo üzrə II Dünya kuboku keçiriləcək. İnqridin konserti də bu tədbirlər çərçivəsində baş tutacaq.
“Binə Atçılıq Mərkəzi”nin Polo Arenasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, Argentina, ABŞ və Avropa olmaq üzrə dörd peşəkar komanda qüvvəsini sınayacaq. Komandalar dünyaşöhrətli Chopard, Maserati, Baltika 7 və Embawood brendlərini, eləcə də digər sponsorları təmsil edəcəklər.
Xatırladaq ki, Azərbaycanın polo komandası tarixində ilk dəfə Buenos Ayres şəhərində yerləşən “Alegria Polo Farm”dan olan peşəkar məşqçilər tərəfindən təlim keçib və yarışa yüksək səviyyədə hazırlaşıb. Dünya kubokuna isə Azərbaycan komandasını Raul Laplacette və onun məşqçilər heyəti, həmçinin Hamburq şəhərindən gəlmiş dünyaşöhrətli polo müəllimi Thomas Winter hazırlayıb.
Yarışın birinci günü diskoteka keçiriləcək.
Sentyabrın 6-da isə dünyaca məşhur “İn-Qrid” və “I Love İtaly” qruplarının konsert proqramı təşkil olunacaq. Məhz bu konsertdə “Qolos Ukrainı” yarışmasında ölkəmizi layiqincə təmsil edən və finaladək irəliləyən Vaqif Nağıyev “İn-Qrid”lə birgə duetinı geniş tamaşaçı kütləsinə təqdim edəcək.
“Ümid yağışı” mahnısının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, oranjimanı isə Yaşar Baxışa məxsusdur.
Dünya kubokunun son günündə - sentyabrın 7-də isə tədbirdən sonra Vaqif Nağıyev ilk solokonserti ilə çıxış edəcək.
Cəvahir Səlimqızı
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək



































