Tabloid.az
Xalq artistindən etiraf: “Azərbaycanda seriala çəkilmərəm”- AÇIQLAMA
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Azərbaycanda çəkilən serialların istər ssenari, istər rejissor işi, istərsə də aktyor oyunu baxımından keyfiyyətcə çox aşağı olduğunu deyir.
Giley-güzarını Publika.az-la paylaşan xalq artisti belə seriallara nəinki baxmadığını, heç onlarla maraqlanmadığını da bildirdi: “Bizdə çəkilən serialların səviyyəsindən danışmağa dəyməz. Çünki onların keyfiyyəti çox aşağıdır. Primitiv səviyyədə çəkilən bu serialların nə düz-əməlli ssenarisi var, nə də ekran həyatı. Hamısı məişət mövzusuna həsr olunmuş, keyfiyyətsiz, bədii həlli olmayan ssenarilər əsasında çəkilir. Mükəmməl ssenarilər yazılmalıdır ki, insanların marağını cəlb edə bilsin”.
Onu da öyrəndik ki, Ramiz Məlik seriallara baxmasa da, ona göndərilən ssenariləri oxuyub.
Xalq artisti onu da bildirdi ki, bir neçə dəfə Azərbaycanda çəkilən seriallara dəvət olunub, amma o çəkilməkdən imtina edib: “Mənə bir neçə rejissor tərəfindən ssenarilər göndərildi ki, baxıb rəyimi bildirim. Amma mən o ssenariləri qətiyyən bəyənmədim. Buna görə də həmin seriallarda oynamaqdan imtina etdim”.
Maraqlıdır, aktyor necə bir obrazda çəkilmək arzusundadır? Aldığımız cavab belə oldu: “Ümumiyyətlə, Azərbaycanda seriala çəkilmərəm. Mən tarixi-qəhrəmanlıq mövzusuna həsr olunan yaradıcı işlərdə görünmək arzusundayam. Amma belə bir film üçün də gərək əsər olsun axı”.
Aktyor onu da əlavə etdi ki, keyfiyyətsiz serialda peşəkarlar çəkilmək istəmədiyi üçün orada təsadüfi insanlar rol alır.
Ramiz Məlik bəs görəsən teatrda və kinoda hansı yeniliklərlə tamaşaçılarının görüşünə gələcək? Hələ ki, teatrda və kinoda rol almadığını, yaradıcılığında boşluq olduğunu söyləyən aktyor gözləmə mövqeyində dayandığını dedi. Onu da əlavə etdi ki, ürəyinə yatan və onu qane edən rol almasa, oynamayacaq: “Mən sənətə dünən gəlməmişəm ki, nə gəldi oynayım. Keyfiyyətli rol olmalıdır. Çünki indiyədək ürəyimə yatan rolları oynamışam. Oynadığım o tamaşalar teatr tarixində qalacaq tamaşalardır”.
Cəvahir Səlimqızı
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə" "Torpedo" ilə oyunda hesabı açdı - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO















.jpg)


















