Tabloid.az
Gülaydan etiraf: "Mən səninləyəm" - VİDEO - FOTO
Xalq və bəstəkar mahnılarının ifaçısı Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb.
"Mən səninləyəm" adlı mahnını sevənlərinə təqdim edən Gülay
uğurlu layihəsi haqqında Publika.az-a danışdı:
"Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, öz dəst-xəttimlə
addımlayım. Allahıma çox şükür edirəm ki, fəaliyyətim boyu
yetərincə uğurlar qazanıb, yeni nəsil ifaçılar arasında seçilməyə
müvəffəq olmuşam.
Gülay olaraq repertuarımda yer alan mahnılar bu gün tamaşaçı
rəğbətinə səbəb olursa, deməli, az iş görməmişəm.
Bəli, ilk dəfə özümü sırf pop-janrında sınamağa qərar verdim. Söz və musiqisi Nazim Məmmədova məxsus olan "Mən səninləyəm" bəstəsi üzərində peşəkar bir komanda çalışıb.
"Baku Strings" kaman qrupunun üzvlərinin fərqli çalğısını, peşəkar gitara ifaçısı Altan Turan öz improvizələri ilə tamamlayıb. Mahnının aranjemanını və mix masteringini istedadlı musiqiçi Fərid İman edib.
"FDS production"un məhsulu olan "Mən səninləyəm" cəmi iki gün
“Youtube” kanalına yerləşdirilsə də, yetərincə dinləyici marağına
səbəb olub. Əminəm ki, oxucularınızda xoş təəssürat yaradacaq".
Gülay açıqlamasının sonunda onu da vurğuladı ki, çox yaxın
vaxtlarda bu mahnıya fərqli klip də çəkdirəcək.
Cəvahir
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev




































