Tabloid.az
Qadın alverində adı hallanan xalq artisti haqqında yeni açıqlama - VİDEO/FOTO
Aygün Kazımovanın adı növbəti xoşagəlməz olayda hallanır.
Tabloid.az xəbər verir ki, teleaparıcı Aytən Səfərova “Salam Azərbaycan” verilişinin canlı yayımında bildirib ki, Türkiyə mətbuatı xalq artistinin qardaş ölkədə olan mənzilində əxlaqsızlıq yuvası aşkar edib. Verilişdə Türkiyə mətbuatından olan foto xəbər təqdim olunub. Xəbərdə Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif edildiyi iddia edilib.
Eyni zamanda, məsələdə əslən gürcü olan, amma özünü azərbaycanlı kimi təqdim edən Ramazzo Romanın da adı hallanıb. Yeri gəlmişkən, gürcü əsilli Romazzo Roma 7 il superstar Aygün Kazımova ilə işləyib.
Amma verilişin aparıcısı Aytən Səfərova xalq artisti ilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb.
“Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin, nəyəsə nail ola bilməyib və ona görə də mənə qarşı “qara piar”la məşğul olur” – deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.
Stilist Anar Ağakişiyev isə Tablod.az-a açıqlamasında xəbərin onunla heç bir əlaqəsi olmadığını deyib:
“Mənə “uzunsaç Anar” deyə müraciət edirlər. Güman ki, bu xəbərdəki Anar başqa stilistdir. Bu xəbərin mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.
Apardığımız araşdırma nəticəsində isə bəlli olub ki, son bir neçə gündə Türkiyə mətbuatında Aygün Kazımova haqqında bu tip xəbərlər yer almayıb. Əslində, “Salam Azərbaycan” verilişində təqdim olunan foto-xəbər Türkiyə mətbuatında nə az, nə çox, düz – 2 il əvvəl dərc olunub.
İki il öncə Türkiyə KİV-ləri Ramazzo Romanın Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə maniken işləmək üçün gətirilən gənc qızların fahişəliyə cəlb etdiyini yazmışdılar. Bu xəbər İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxmışdı.
O vaxt Roma haqqında “İnsan alveri” və “fahişəliyə yer təmin etmək” səbəbi ilə araşdırma aparıldığı bildirilmişdi. Təxminən 6 ay davam edən izlənmənin nəticəsi olaraq idarə əməliyyat zamanı 10 adamı nəzarət altına almışdı. Sən demə, Roma hər dəfə moda nümayişindən sonra modellərin pasportlarını əllərindən alıb, onlara Türkiyədə işlələyəcəklərini vəd edirmiş. Daha sonra isə qızları zorla fahişəliyə cəlb edilirmiş.
Qeyd edək ki, məsələ ilə bağlı sabah “Salam Azərbaycan” verilişinin canlı yayımında aydınlıq gətiriləcək. Aygün Kazımova məsələyə özü münasibət bildirəcək.
-
Hadisə23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin120:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var