Tabloid.az
Qızıl əsrin qadınları - FOTOLAR
Amerika kino institutu qızıl əsrin dahi aktrisalarının reytinqini tərtib edib. Reytinq aktyor, tarixşünas, tənqidçilərin səsverməsinə əsasən müəyyənləşdirilib.
Beləliklə, həmin aktrisalar:
1.Ketrin Hepbern.
Amerika kino institutunun fikrincə, Ketrin Hepbern Hollivudun ən yaxşı aktrisasıdır. Bu elə-belədən deyil. Aktrisanın aldığı mükafatların sayı-hesabı yoxdur...
İlk “Oskar”ını Ketrin 1934-cü ildə, sonuncusunu isə 48 il sonra 1982-ci ildə alıb. K. Hepbern bütün ömrü boyu kinoda çəkilib. Aktrisanın son çəkildiyi film (“Bir Milad”) 1994-cü ildə, 87 yaşı olanda ekranlara çıxıb.
2. Bett Devis.
Bett aktrisa olmağı uşaqlıqdan arzulayıb. O, ilk olaraq, Brodveyi fəth edir. Kino karyerası ərzində 110 filmdə çəkilən Bett Devisin ən məşhur filmləri arasında “Təhlükəli”, “Yelizavetanın və Esseksin şəxsi həyatı”, “Yeva haqda hər şey” filmlərini qeyd etmək olar.
3. Odri Hepbern
Odri Hepbern 1929-cu il 4 may tarixində Brüsseldə anadan olub. Almanların işğalı zamanı aktrisa Amsterdama köçür. Balerina olmağı arzulayan Odri sonradan aktrisa olmağa qərar verir.
1954-cü ildə Odri ən məşhur filmi olan “Roma tətilləri”ndə çəkilir. Bu filminə görə, o “Oskar” mükafatına layiq görülür. Aktrisanın çəkildiyi digər filmlər arasında “Sabrina”, “Tiffanidə səhər yeməyi”, “Şarada”, “Milyonu necə oğurlamalı”, “Mənim gözəl ledim” filmlərini vurğulamaq olar.
4. İnqrid Berqman.
Amerikanın ən məşhur və gözəl isveçli aktrisası.
İnqrid Berqmanın italiyalı rejissor Roberto Rossellini ilə münasibətlərini amerika xalqı qəzəblə qarşılayır. Lakin illər sonra italiyalı ərindən boşanıb Amerikaya qayıdan aktrisanı amerika xalqı bağışlayır...
5. Qreta Qarbo.
Qreta Qarbonun ən məşhur lal filmləri arasında “Axın”, “Məhəbbət” filmləri xüsusilə seçilir.
6. Merilin Monro.
Uşaqlığı kasıbçılıq içində keçən Nora (Əsl adı Merilin) varlanmağı və kinoda çəkilməyi arzu edirdi.
Rejissorlar Merilində aktrisalıq istedadından daha çox seksual qadın obrazı görürdülər...
Monronun ən məşhur filmləri “Centlmenlər sarışınları üstün tuturlar”, “Cazda yalnız qızlardır” filmləridir...
7. Elizabet Teylor.
Artıq uşaqlıqdan gözəl olan Elizabet on yaşından kinoda çəkilmək dəvətlərini alırdı. Elizabet Teylor ən məşhur rolunu 1963-cü ildə məşhur “Kleopatra” filmində oynayır...
8. Cudi Qarlend.
Cudi artlq 13 yaşında Metro-Qoldvin-Mayerlə müqavilə bağlayır. Bu uğurlu kino karyeranın başlanğıcı demək idi...
9. Marlen Ditrix.
Marlen özünü elə də istedadlı aktrisa hesab etmirdi. Kino onun üçün yalnız pul demək idi.
Əsl məşhurluğu Marlen Ditrix 1929-cu ildə çəkildiyi “Mavi Mələk” filmindən sonra qazanır...
10. Coan Krouford.
“Qrand otel”, “Seydi Makki”, “Təkcə qadınlarsız” filmi Coanın ən məşhur filmləridir. Öz yeganə “Oskar”ını Coan “Mildred Pirs” filminə görə alıb.
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...