Tabloid.az
Hansı rəqs növləri arıqladır?
Rəqs etmək yalnız zövqlü və əyləncəli bir məşğuliyət deyil, eyni zamanda, arıqlamağı təmin edən möcüzəli məşq formasıdır. Bir çox məşhurlar da formada qalmasını rəqsə borclu deyilmi? Xoreoqrafiya xüsusilə rəqs edən müğənnilərə formada qalmağa kömək edir.
Artıq bir çox idman salonları rəqs dərsləri verir. Öyrənmək bir az vaxt tələb etsə də, öyrənmə mərhələsində də hərəkət edib kalori yandırdığınızı unutmayın. Həm belə düşünün: Bir idman salonunda uzun saatlar tək tər tökməkdənsə, yanınızda başqalarının da olduğu əyləncəli mühitdə rəqs məşqi etmək çox daha zövq verir.
Tanqo: Sevgi rəqsi adlanan tanqo, eyni zamanda ,mükəmməl məşqdir. Buradakı hərəkətlər yavaş görünsə də, əslində, tanqo rəqs edənlər çox kalori itirir.
Göbək rəqsi: Bu rəqs qarın əzələlərini bir çox idman növündən daha yaxşı hərəkət etdirir. Həm də oriental rəqslər son zamanlar yaman dəbə minib.
Zumba: Yeni nəsil fitnes trendi zumba bu günlərdə adı tez-tez hallanan rəqsdir. Latın musiqiləri və latın rəqs addımları ilə hamarlanmış əyləncəli rəqsdir. Bu rəqs həm artıq çəkidən xilas edir, həm də əzələləri hərəkətə gətirir.
Hip hop: Bu rəqsin hərəkətləri çox sürətlə edildiyi üçün artıq çəkidən asanlıqla yaxa qurtarmaq mümkündür. Bu rəqsi öyrənmək üçün kursa getmək mütləq deyil. Uyğun musiqi sədaları altında özünüz də rəqs edə bilərsiniz. Bir çox fitnes mütəxəssisi arıqlamaq üçün hip hop rəqsini tövsiyə edir. Çünki bütün rəqslər arasında ən dinamikidir.
Çənbərlə rəqs: Özünüz üçün hərəkətli musiqilərdən ibarət olan bir siyahı hazırlayın və uşaqlığınızda çevrəni necə fırlatdığınızı xatırlayın. Arıqlamaq üçün ən ideal variantdır.
Salsa: Sürətli və alovlu salsa hərəkətləri qadınların ehtiyacı olduğu rəqsdir. Belə ki, bu rəqs kalori yandırmağa kömək edir. Təəssüf ki, təkbaşına öyrənə biləcəyiniz rəqs deyil. Boş vaxtınızı faydalı bir şey öyrənməyə sərf edin, həm də arıqlayın.
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası

















.png)
















