Astroloqlar gələcəkdən xəbər verməyə az diqqət ayırırlar
Bizi izləyin

Tabloid.az

Astroloqlar gələcəkdən xəbər verməyə az diqqət ayırırlar

Astronomiyanın transformasiyası və astrologiya

Ötən yazılarımdan bildiyiniz kimi, 1781-ci ildə yeni planetin - Uranın kəşfi, daha sonra Neptun və Plutonun icad olunması elmin ən böyük nailiyyəti idi. Nəticədə astrologiya və astronomiyada radikal yeniliklər yarandı. Amma həmin dövrdə bu elm iudizm, xristianlıq və islamın kəskin hücumlarına məruz qalmışdı. Hesab edilirdi ki, astrologiya - ulduzlar hadisələrə sadəcə istiqamət verir və əsas həlledici rolu ilahi qüvvə oynayır. Məsələn, suriyalı Bar Dayson hesab edirdi ki, ulduzlar yalnız maddi varlıqlara təsir edir, insanın ruhu isə Allahı və ya şeytanı seçməkdə azaddır. Digər bir nəzəriyyə isə xarranlılara (Babilistan şəhərində yerləşən Xarranın sakinlərinin davamçıları) və hindlilərə məxsusdur. Onlar planetləri allahlar kimi qəbul edir, düşünürdülər ki, dua və qarğışlarla planetlərə müəyyən təsir edə bilərlər.

Başqa bir nəzəriyyəyə əsasən, məsələn, pristsillianlarda (386-cı ildə edam olunmuş xristian nəzəriyyəçisi - Eretik Pristsillianın davamçıları) ulduzlar müxtəlif astroloji simvollar formasında Allahın iradəsini yerinə yetirirlər. Astrologiyanın ikinci aksiomasında deyilir ki, ayrı-ayrı kosmik varlıqlar mövcuddur və onlar konkret şəxslərin, fərdlərin uzunmüddətli müşahidə və araşdırmaları nəticəsində meydana çıxıb. Müxtəlif astrosahələrin vəziyyətini təyin edən bu nəzər nöqtələri konkret şəxslərə məxsusdur. Bu nöqtələr Zodiak işarələri ilə birlikdə Göyün xəritəsini təşkil edir və bu xəritənin izahını yalnız kompleks şəkildə vermək olar.

Bir çox astroloji məktəblər və digər aksiomatik cərəyanlar da mövcuddur. Lakin astronomiyadan fərqli olaraq, bütün astroloji sistemlərdə insan obrazı özünü əsas amil kimi göstərir.

Astrologiyanın müasir vəziyyəti

Hazırda astrologiya vahid bir elm deyil. Onda çoxlu istiqamət və cərəyanlar mövcuddur. Bu, ondan irəli gəlir ki, astrologiyada sanki inqilab baş verir, baxmayraq ki, burada adət-ənənənin rolu böyükdür. Müasir dövrdə bir neçə astroloji məktəb mövcuddur ki, onlar da aşağıdakı qruplara bölünür:

1. Ənənəvi məktəb

Ptolemeyi avtoritet hesab edən münəccimlərin çoxu bu məktəbin yetirmələridir. Onların əksəriyyəti astrologiyanın tarixi ilə məşğul olan münəccimlərdir. Onlar öz nüfuzundan istifadə edərək bəzən şarlatanlıqla da məşğul olurlar.

2. Təbii elmi məktəb (kosmobiologiya)

Bu məktəb astroloji təsirlərin səbəbini sübut etməyə çalışır. Bioritm nəzəriyyəsi və Günəş-Yer əlaqələri həmin məktəbdə maddi komponentlər kimi göstərilir. Bu astroloji məktəb florensiyalı fizik Pikardinin apardığı təcrübələrə əsaslanır.

3. Simvolik məktəb

Bu məktəb əsasən Karl Yunqun və digər analitik-psixoloqların təcrübələrinə əsaslanır. Simvoliklər ənənəvi astrologiyanın mexanistik izahını inkişaf etdirməyə çalışır, bu elmi bir çox psixoloji informasiyalarla zənginləşdirərək, daha düzgün nəticələr əldə edirlər. K.Yunq bildirir ki, o, astrologiyanı müasir elmi psixologiyanın xəbərçisi kimi qiymətləndirir. Yunq tərəfindən yaradılmış sinxronizm prinsipi müasir astrologiyada mühüm rol oynayır və onun inkişafına bu prinsip böyük təkan verib.

Psixoanalizin astrologiya ilə birləşməsi bir çox yeni baxışları məyus etdi. Məsələn, Yunqun fikrincə, "Mən" - Assendent və Merkuri ilə təyin olunur, "Fövqəl Mən" isə Günəş və Saturnun təsiri altındadır. Lakin astrologiya sahəsində bu məsələ ilə bağlı bir çox şübhə və ziddiyyətlər mövcuddur. Bir çoxları psixoanalizin astrologiya üçün xeyrini görür, lakin konkret qoroskop tərtib etdikdə bunun lazımsız olduğunu bildirirlər.

4. Struktur məktəb

Bu məktəbin nümayəndələrinin fikrincə, qoroskop, işarələr qrupunu həssas xarakterli elementlərlə əlaqələndirməyə imkan verir. Məsələn, psixoanalitik Jan Karteret hesab edir ki, astrologiya dünya reallığını şüurda əks etdirən elmdir.

Karteret tərəfindən hazırlanmış metodu əsasən, qoroskopda insan ilə ətraf mühit arasında dialoqa ehtiyac yoxdur. Qoroskopların tərtibi zamanı intuisiya mühüm rol oynayır. Struktur nəzəriyyəçilərinin fikrincə, astronomiya obyektivdir, astrologiyada isə subyektiv komponentlərə də rast gəlinir.

Müasir astroloqlar gələcəkdən xəbər verməyə az diqqət ayırırlar

Bu dörd "məktəbdən" əlavə, birinci Dünya müharibəsi qurtaran kimi P.Şuanarın (Ghoisnard) səyi nəticəsində astrologiyada yeni istiqamət yarandı. Bu istiqamət kosmik faktorlarla konkret insanların taleləri arasındakı əlaqələrin səbəblərini riyazi statistika metodları ilə tədqiq edir. Burada məqsəd hadisələrin əvvəlcədən xəbər verilməsidir. Son zamanlar F.Hokelen və M.Hokelen Fransada, S.B.Q.Eysenk və Q.J.Eysenk isə Böyük Biritaniyada tədqiqatlar aparıb, nəticədə astrologiyanın psixologiya ilə əlaqəsi haqqındakı diskussiyaları yenidən bərpa ediblər. Hokelenlər planetlərin eyni peşədən olan insanlara təsiri haqqında kifayət qədər informasiya toplayıblar. Alınmış nəticələr astrologiyanın bir çox tezislərini təsdiq edir. Bir çox münəccimlər bu cür tədiqiqatlara entuziazmsız yanaşırlar. Onların fikrincə, doğum qoroskopu astrologiyanın ən mühüm elementlərindən biridir. Onların fikrincə, astrologiya münəccimin təcrübə, ixtisas və intuisiyasından asılıdır.

Eysenk qrupu isə bir çox statistik materialların üzərində işlədi və insan psixotipi ilə astroloji məlumatlar arasındakı əlaqəni tapdı. Bundan əlavə, müasir elmin tələbləri yerinə yetirilmişdi. İşin gedişi zamanı "doğum anında planetlərin fərdi vəziyyəti" əvvəlcədən deyilmişdi və təsdiq edildi ki, öz diqqətini daxili həyəcanları üzərində dayanıqlandıran insanlar əsasən Saturnun, öz diqqətini zahiri həyəcanları üzərində quran insanlarsa Mars və Yupiterin təsiri altındadır. Hokelen və Eysenk tərəfindən alınmış nəticələr müasir elmi kriteriyalara uyğundur. Bu kriteriyalardan biri Qaliley tərəfindən formalaşdırılmışdı: "Ölçülə bilən şeyi ölçmək lazımdır. Ölçülə bilməyən şeyi ölçmək isə çox zəruridir". Nə cür olmasına baxmayaraq, bu tədqiqatlar K.R.Popperin fikirlərinə ziddir. Popperin fikrincə, "münəccimin dedikləri qeyri-müəyyəndir, onlar hər şeyi izah edə bilərlər. Onsuz da onların dediklərini sübut etmək üçün müasir elmin heç bir imkanı yoxdur".

Müasir astrologiya yuxarıda qeyd edildiyi kimi, Moren de Vilfranmın varisidir. O, "Astrologia gallica"nın XXI kitabında yazırdı: "...kosmosun təsiri çox universal səbəbdir... onun insana təsiri, həmin insanın doğulduğu anda ulduzların hansı vəziyyətdə olmasından asılıdır...". Müasir astroloqlar gələcəkdən xəbər verməyə az diqqət ayırırlar. Onlar əsasən, şəxsiyyətin xarakterini təyin etmək və onun psixoloji mahiyyətini açmağa cəhd göstərirlər. Zənnimcə, bu, daha yaxşı haldır, çünki kamil olmayan insanlara verilmiş proqnozların doğrulması müşkül məsələdir. Daxili dünyasını, ruhunu sağlam saxlamaq üçün din başda olmaqla bir çox sahələr mövcuddur. Amma düşünürük ki, hər bir fərdi özünüdərk potensialına çatdırmaq üçün ən vacib və rahat yol məhz astrologiyadır. Bunu tam məsuliyyətlə deyirik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm