Tabloid.az
Ayaqqabı vurmasına nə yaxşı təsir edir?
Sevərək aldığımız ayaqqabılar bəzən bizi pis vəziyyətdə qoyur. Ayaqları döyən zaman ayaqlarda ağrılar yaranır və su yığılır. Bəs bu zaman nə etməli? Tabloid.az ayaqqabı döyən zaman ayaqlara yaxşı təsir edən təbii vasitələrin siyahısını təqdim edir:
Aloe: Bu bitkinin şəfalı gücünü demək olar ki, hər bir xəstəlikdə görürük. Aloe bitkisinin yarpağını kəsdikdən sonra çıxan geli ayaqqabının vurduğu yerə çəkə bilərsiniz. Aloe anti-enflamatuvar təsir göstərir, qızartı və şişkinliyi azaldaraq yaraya yaxşı təsir edir, həmçinin yaranın sürətli yaxşılaşmasını təmin edir və dərini nəmlənir.
Alma sirkəsi: Ayaqqabı vurmasına yaxşı təsir edən
digər bir möcüzəli vasitə alma sirkəsidir. Su yığılan yeri alma
sirkəsinə batırılmış pambıqla silərək yaranın tez sağalmasına
yardım edə bilərsiniz. Xüsusilə su qabarcığı partlayandan sonra bu
kompress tətbiq olunanda infeksiyanın qarşısını alır. Bir az ağrı
verəcəyi üçün o qabarcıq ətrafına yavaşca çəkin.
Qoltuqaltı sprey: Yeni aldığınız ayaqqabını
geyməzdən əvvəl ayağınıza qoltuqaltı sprey sıxsanız, ayaqqabı
ayağınızın ətrafında rahatca hərəkət etdiyi üçün su yığılmasının
qarşısını alacaq.
Vazelin və ya nəmləndirici özəlliyə sahib olan
krem: Tərkibində sink ehtiva edən yanıqlara və bişən
yerləri tez sağaldan kremlər infeksiyaya yaxşı təsir göstərir və
yara olan yumşaq toxumanı qurudaraq tez sağalmasını təmin etdiyi
bildirilir. Yara olan nahiyəyə az miqdarda çəkib sınaqdan keçirə
bilərsiniz.
Qara çay: Soyudulmuş qara çay paketlərini həmin
bölgəyə qoyduqda şişkinliyi alır. Eyni şəkildə, yaşılı çay da
sınaqdan keçirə bilərsiniz.
Diş məcunu: Sızanaqlarda istifadə olunan diş
məcunu ayaqqabının vurduğu yerə də yaxşı təsir edə bilər.
Yumurta: Bu qidanın ayaqqabı döyən yerə yaxşı təsir etdiyi söylənilir. İncə bir təbəqə halında çəkərək ayaqqabının vurduğu yaralardan xilas ola bilərsiniz.
Çay ağacı məhsulları: Çay ağacı bitkisindən əldə
edilən məhsulların antibakterial xüsusiyyətə malik olduğu məlumdur.
Bu xüsusiyyəti sayəsində o bir çox işə yarayır. Ancaq kiçik bir
bölgədə yoxlamaqda fayda var. Çünki bəzi insanlarda qaşınmaya səbəb
ola bilər.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO