Tabloid.az
Soyuqlayanda nə yesək tez sağalarıq?
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin.
Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. Çünki viruslara antibiotiklərin təsiri çox az olur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.
Vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, məsələn, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi məhsullardan istifadə etməklə aradan qaldırmaq məsləhətdir.
Müalicədə istirahət əsas şərtdir
- Soyuqlama zamanı müalicə məqsədilə dərman qəbul etməyin.
- Mümkünsə, ən azı 1-2 gün istirahət edin.
- Bol isti maye qəbul edin. Cökə, adaçayı, nanə və limon çayları idealdır.
- Mandarin, portağal, kök kimi meyvələrdən, hər növ tərəvəzdən bolluca yeyin.
- Köklü, kartoflu, kərəvizli, soğanlı, cəfərili toyuq şorbaları soyuqlamanın qarşısını alır.
- Otağınızın havası quru olmasın.
- Qızdırmanız yüksəkdirsə, həkimlə məsləhətləşərək qızdırmanı aşağı salan dərman qəbul edin.
- Uşağınızın burnu axarsa, öskürərsə, boğazı ağrıyarsa, azacıq qızdırması olarsa, o dəqiqə dərmanlara müraciət etməyin. Bu xəstəliklər müalicə edilsə də, edilməsə də, bir həftə ərzində keçəcək.
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib






.jpg)



























