Tabloid.az
Şor qoğal - Resept
Tabloid.az şor qoğalın reseptini təqdim edir:
İnqrediyentlər:
Xəmir üçün:
Un – 1 ½kq.
Maya – 30 qram
Süd – 500 qram
Kərə yağı – 100 qram
Yumurta (sarısı) – 6 ədəd
Şəkər tozu – 3 xörək qaşığı
Duz – zövqə görə
İç üçün:
Un – 500 qram
Anis, cirə , darçın, qara istiot – hərəsindən 1 çay qaşığı
Sarıkök və duz – hərəsindən 2 çay qaşığı
Ərimiş yağ – 3 xörək qaşığı
Ayrıca :
Ərimiş yağ – 1½kq.
Xaş-xaş – 100 qram
Yumurta – 1 ədəd
Hazırlanması:
Maya ilıq südə tökülür və ora 750 q un əlavə olunub qarışdırılır və xəmirin gəlməsi üçün 4 saatlığa isti yerə qoyulur. Elə ki, xəmirmayanın həcmi iki dəfə artdı, ona isidilmiş yağ, şəkər tozu əlavə edilib qalan un da tökülür və xəmir yoğrularaq 1 – 1½ saatlığa isti yerə qoyulur.
İç üçün cirə döyülür və qızardılır, qalan ədviyyatlar, ilıq yağ da əlavə edilib, yaxşı-yaxşı qarışdırılır və 5 dəqiqə ərzində yağda qovrulur. Gəlmiş xəmirdən 10 kündə tutulur. Hər kündə yayılır və üstündən ərimiş yağ çəkilib üst-üstə yığılır. Sonra lay-lay yığılmış xəmir 6-7 sm enliyində zolaqlara bölünür, bunların da hərəsi 10 sm-lik hissələrə bölünür. Sonra hər hissə burularaq yığılır və əl ilə yastıladılaraq ortası papaq kimi açılır, həmin yerə 1 çay qaşığı iç qoyub bağlanır və yenidən yastıladılaraq tavaya qoyulur. Hamısı hazır olandan sonra üstü dəsmalla örtülərək 10-15 dəqiqə saxlanılır. Sonradan bunların üstünə yumurta çəkilir və xaş-xaş səpilir. Hazır şorqoğallar əvvəlcədən qızdırılmış fırına qoyulub 180°S temperaturda 30-40 dəqiqə ərzində bişirilir.
-
Dünya00:30Daha bir ölkə 6 bal gücündə zəlzələ ilə SARSILDI
-
Qoroskop00:00Günün ulduz falı - Balanslı münasibətiniz sizə uğur gətirəcək
-
Sosial4 Aprel 23:36Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Sosial4 Aprel 23:12Doğmalarının imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama - YENİLƏNDİ
-
Region4 Aprel 23:00Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?
-
Magazin24 Aprel 22:48Selena Qomez muncuqlu mini donu ilə göz qamaşdırdı - Foto
-
Dünya4 Aprel 21:48“Titanik” gəmisini min dronla belə canlandırdılar - FOTO
-
Magazin24 Aprel 21:24"Hallivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO






























