Qırmızı.az
Nazirlikdən çörəyin qiyməti ilə bağlı AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır. Çörəyin qiymətində hər hansı artım müşahidə edilməyib.
Bunu Publika.az-a açıqlamasında İqtisadiyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.
O, bildirib ki, əgər çörəyin qiymətində hər hansı artım olacaqsa, nazirlik bu barədə də monitorinqlər aparıb, səbəblərini araşdıracaq.
İyulun 30-dan qiymətlərin artacağı ilə bağlı məlumatlara gəldikdə, A.Əliyev çörəyin qiymətinin tənzimlənən qiymətlər siyahısına daxil olmadığını deyib: “Çörək tənzimlənən qiymətlər siyahısına daxil deyil. Bu baxımdan, hər hansı bir artıma müdaxilə edə bilmərik. Sadəcə biz süni qiymət artımının qarşısını ala bilərik. Bu da yalnız artım baş verdiyi halda, səbəbləri araşdırıldıqdan sonra mümkündür”.
Bu gündən paytaxtın bir sıra ərazilərində çörəyin yeni qiymətlə satılmasına münasibət bildirən A.Əliyev nazirlik tərəfindən bu gün də daxil olmaqla aparılan monitorinqlərdə belə bir halın müşahidə edilmədiyini deyib.
Gülxar
-
MDB12:00Dəniz döyüşləri böyüyür: Ukrayna tankeri belə vuruldu - VİDEO
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
MDB11:30Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi

































