Bizim tərcümə
“Siyasətdə yeganə təcrübəm altıncı sinifdə olub” - FOTOLAR
Amerikalı kinorejissor və prodüser Robert Zemekis:
Rejissor olmasaydım, cinayətkar olardım...
Televizor yeganə xilaskarım idi.
Əgər filmim bir dollar gəlir gətirsə, xoşbəxt olacam.
Deyilənə görə, “Gələcəyə geri” filmimdən yaxşı myuzikl alınar. Sağlığımda bunun şahidi olmağı arzulamıram.
Mən Çikaqonun cənub hissəsində, kasıb fəhlə ailəsində anadan olmuşam. Ailəmizin incəsənətə heç bir aidiyyatı olmayıb – nə musiqiyə, nə kitaba, nə teatra. Arada çərşənbə axşamları kinoya gedirdik, o da ona görə ki, çərşənbə axşamları qadın axşamı sayılırdı və anam pulsuz daxil ola bilirdi.
Televizora isə hər gün baxırdım. O, mənim yeganə ilham mənbəyim idi. Uşaqlar və televizor? Bəli, mən bu problemdən xəbərdaram, ancaq hesab edirəm ki, televizor da informasiya mənbəyi kimi çıxış edə bilər. Məhz televizor mənim yeganə xilaskarım idi...
Çox güman ki, rejissor olmasaydım, cinayətkar olardım. Unabomber (əsl adı Teodor Kaçinski; amerikalı alim-anarxist, poçt bağlamaları ilə bomba göndərən şəxs) mənim yaşadığım Everqrin-Parkda yaşayırdı. Onun həbs xəbərini eşidəndə xeyli sarsılmışdım.
Uşaqlıqda hər bir filmin rejissoru olduğu ağlıma gəlmirdi.
Fikirləşirdim ki, kino yalnız aktyorlardan ibarətdir.
Çox illər öncə, kinoməktəbi bitirdikdən dərhal sonra Corc Lukasla
görüşməyə nail oldum.
- “Necə rejissor olum, Corc?” – ondan soruşdum. O, qısa cavab
verdi: “Necəsə. Bir şey et”. İndi mənə elə gəlir ki, bu həyatımda
aldığım ən dəyərli məsləhətdir. Sən mütləq nəsə bir şey
edəcəksən...
Təəssüf ki, insanlar getdikcə kino haqda daha az danışmağa başlayırlar. Yaxşı bir filmə baxıb, kinoteatrdan çıxan kimi insanların ilk sözü bu olur: “Harada şam edəcəyik?”...
Kino və film çəkilişləri ilə bağlı bütün proseslər
qeyri-təbiidir...
Biz Martini (“Gələcəyə geri” filminin baş qəhrəmanı) otuz il əvvələ
qaytardıq. İnsanlara valideynlərinin cavanlığı daha uzaq görünür,
nəinki qədim dünya tarixinə səyahət...
Məndən tez-tez “Gələcəyə geri” filminin dördüncü hissəsini nə
zaman çəkəcəyimi soruşurlar. Cavab verirəm - heç vaxt. Dördhissəli
film heç zaman ola bilməz. Dörd dəqiq rəqəmdir. Dörd – çox
darıxdırıcıdır.
Niyə dram 3D formatında çəkilə bilməz ki? Başa düşmürəm... Məsələn,
“Ərəb Lourens”dən əla 3D alınardı...
Böyüdükcə insanın daxilindəki gənc özündənrazı aqnostisizm
azalır.
Az büdcə bütün dövrlərdə və bütün sahələrdə daha çox yaradıcılıq və ixtiraçılıq deməkdir.
Rejissorların bir vaxtlar vestern janrını niyə sevdiklərini yaxşı başa düşürəm. Geniş məkanda işləməkdən daha yaxşı bir şey ola bilməz.
Qarşıda məni yeni bir şeylərin gözləyəcəyinə ümid edirəm.
Qəbrimin üstündə: “O, yaxşı filmlər çəkib” yazısını görmək
istəmirəm.
Əgər filmim bir dollar gəlir gətirsə, xoşbəxt olacam. Film çəkilib,
zərərçəkən yoxdur. Məni işim budur...
Amerikalı ssenarist və prodüser Aaron Benjamin Sorkin:
Yad insanların sevgisinə ehtiyacım var...
Qəhrəman qarşısındakı maneə ciddi olmalıdır.
Adətən, özümdən daha ağıllı insanlar haqda yazmağı üstün tuturam...
Hamı ən yaxşı kinositatların siyahısını tərtib edir. O siyahıya
həmişə “Sən həqiqətə üstün gələ bilməyəcəksən” frazası da daxil
olur, bu çox xoşdur.
Ancaq mənim üçün ən yaxşı kinositat budur: “Bizə daha böyük gəmi
lazım olacaq”. (“Çənələr” filmi)
Yaradıcılıqda qaydaların olması heç də pis şey deyil. Zənnimcə, qaydasız incəsənət mənasız bir şeydir.
Bütün qaydalar Aristotelin “Poetika”sında var. O, demək olar ki, üç min il bundan əvvəl yazılıb, ancaq mən bir şeyi dəqiq bilirəm: əgər ssenaridə bir problem varsa, deməli, siz Aristotelin qaydalarından hansınısa pozmusunuz.
Mənə tamamilə yad olan insanların sevgisinə ehtiyacım var. Ona görə, həmişə böyük məbləğdə çay pulu verirəm: yükdaşıyanların, ofisiantların məni görərkən yaşadıqları sevinci müşahidə etməkdən inanılmaz böyük zövq duyuram.
Siyasətdə yeganə təcrübəm altıncı sinifdə olub. Mən Cenni Levinə aşiq olmuşdum. O, Corc Makqovernin seçki qərargahında çalışırdı. Fikirləşdim ki, mən də gedim könüllü kimi çalışım. Bir dəfə hamımızı bir avtobusa yığıb paytaxta apardılar. Niksonun korteji keçirdi. Əlimizdəki plakatları qaldırıb “Makqovern prezindent seçilsin” deyə qışqırmağa başladıq. Birdən 163 yaşlı hansısa qadın mənə yaxınlaşaraq, plakatı əlimdən alıb başıma çırpdı. Daha sonra plakatı yerə atıb, ayağı ilə tapdalamağa başladı. Ümid edirəm ki, o qadın hələ sağdır və mən qisasımı alacam.
Qəhrəman qarşısındakı maneə ciddi olmalıdır. Tamaşaçı: “güllələ
onu, iş bitsin” deməməlidir.
Əvvəlki kimi, düşünürəm ki, kolleci hələ təzəcə bitirmişəm.
Əslində, 1983-cü ildə bitirmişəm.
İyirmi beş yaşımdan başlayaraq, hər il evlənsəydim, çətin ki, toya hər dəfə eyni dostlarım gələrdi. Xeyr, müxtəlif insanlar qatılacaqdı, bircə qardaşımdan savayı.
Sənin qəhrəmanlarının tutduğu taktika paltar ipini xatırladır. Bütün əsas hadisələri o ipdən asırsan.
Qocalığa gedən yolda bir çox xəbərdarlıqlar olur. Birinci
xəbərdarlıq: “Pleyboy”da çəkilən qız səndən cavan olur. Birdən
özünü günahkar hiss edirsən: sənin 23, onun 19 yaşı var. İkinci
xəbərdarlıq: professional idmançıların səndən cavan olduqlarını
görürsən. Daha sonra məşqçilər və klub menecerləri səndən cavan
olurlar. Nəhayət, sonuncu xəbərdarlıq: sən artıq prezindentlə
həmyaşıdsan.
Ssenarini yazıb bitirəndən sonra beş dəqiqə ərzində eyforiyada
oluram, daha sonra yenidən Sizifə çevrilirəm.
İmprovizasiya etməyi bacaran aktyorlara hörmətim böyükdür. Mən
improvizasiyanın artıq olmadığı səhnələri yarada bilən rejissor və
ssenaristlərə hörmət edirəm.
Əgər siz hər şeyi bitirdinizsə, deməli, siz hələ heç başlamamısınız...
Tərcümə: Aytən Cavanşir
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”