Bizim tərcümə
“Savadsız bakirə və ya ehtiraslı fahişə” - FOTOLAR
Amerikalı kinoaktrisa Syuzan Sarandon:
Syuzan olmaq o qədər darıxdırıcıdır ki. Siz indi 35 yaşdan cavan
Syuzana heç yerdə rast gələ bilməzsiniz. Ətraf Cessikalarla
doludur. Bir vaxtlar adı Syuzan olanlar yavaş-yavaş adlarını
Siqurniyə dəyişirlər.
Bir dəfə Torontodakı kinofestivalda yanında balaca bir qız dayanan
qadın mənə yaxınlaşdı və dedi ki, qızının adını mənim şərəfimə
qoyub. Qızı mənə tərəf itədələdi. Mən isə gözləyirdim ki, qız indi
deyəcək ki, “salam, mən Syuzanam”. Ancaq bu yerdə anası: “Tanış
olun, bu Sarandondur” - dedi. Vəziyyətimi təsəvvür edə
bilərsiniz...
Mən çox ciddi katolik məktəbində təhsil almışam. Həddindən artıq
çox suallar verirdim. Üçüncü sinifdə oxuyanda bizə dedilər ki,
həqiqi nikah ancaq katolik qaydalara riayət olunursa, həqiqi sayıla
bilər.
Onda mən soruşdum: “Bəs Yusiflə Məryəm necə evləniblər? Axı İsa
hələ anadan olmamışdı və heç bir katolik kilsəsi yox idi...”.
Məni danlayıb dəhlizə çıxardılar. Görünür, onların yumor hissi
yaxşı inkişaf etməmişdi.
Mən nikaha inanmıram. Mən məhəbbət və etibara inanıram – ancaq nikaha yox. Nikah sevgililərin deyil, vəkillərin əl işidir. Nikah münasibətləri məni qıcıqlandırır. Sanki nikahdan sonra hər iki tərəf hansısa öhdəçilik götürür. Mən, sadəcə, yuxudan durub sevdiyim insanı görməyi sevirəm.
Biz Timlə 23 il birgə yaşamışıq. Hollivud üçün bu qeyri-adi bir şeydir. Ancaq burada heç bir sirr yoxdur, sadəcə, ən yaxşını sçmək lazımdır. Çünki ən yaxşısı həmişə var, tapmaq lazımdır.
Ürək – sənin bədənindəki daha bir əzələdir, vəssəlam.
Sevgi ilə məşğul olmaq – beysbol topunu atmaq kimi bir şeydir. Sən
eyni anda həm rahat olmalı, həm də fikrini cəmləməyi
bacarmalısan.
Doğrudanmı seçim belədir: ya savadsız bakirə və ya ehtiraslı
fahişə?
Cütlüklərdən birinin digərini tamamlaması ideyasına nifrət edirəm -
o, kədərlənəndə onu güldürməyi bacarmalısan. O, dünyada nəyin baş
verdiyindən xəbərsiz olanda ona qəzet oxumalısan, onun eşitmədiyi
musiqini səsləndirməlisən... Heç bir tərəf öz hesabına digər tərəfi
tamamlamamalıdır.
Mən həmişə müsahibələrdə çox açıq oluram. Yaşım artdıqca, necə
görünməyim, nə etməyim barədə daha az düşünürəm.
Prodüserlər filmə bənzəmək istədikləri kişi aktyorları, yatmaq
istədikləri aktrisaları dəvət edirlər.
Feminizmə nifrət edirəm. Qarşımda dayanan kəsin qadın olduğuna görə ona yaxşı münasibət bəsləmək məntiqsizdir. Mən Kandaliza Raysa səs verməmişəm və Marqaret Tetçerə də nifrət edirəm.
Mən sadiq ludditəm. Mexanizm ona yaxınlaşdığım an sınır.
Mən yeni-yeni sms yazmağı öyrənmişəm. Öz adımı “google”- da axtarmıram. Siz “google”-dan istifadə edirsiniz? Çox yaxşı. Mən isə yox. Bu cür həyat yaşamaq mənə rahatdır.
Oğullarımın əla yemək bişirməsi ilə fəxr edirəm. Məsələn, kiçik
oğlum gözəl çörək bişirir.
Məni ailədən daha çox maraqlandıran başqa bir şey yoxdur.
Məni qeyri-adi insanlar maraqlandırmır, məni qeyri-adi vəziyyətə
düşən adi insan maraqlandırır.
Bədənlə məşğul olmadan ruhu müalicə etmək olmaz.
Tərcümə: Aytən Cavanşir
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı






























.png)

.jpg)





