Bizim tərcümə
“Lənətə gəlsin, Allahdan kömək istəməyi ağlına gətirmə!” FOTOLAR
Amerikalı aktrisa Coan Kroufordun həyatının bir çox məqamları hələ də müəmmalı olaraq qalır. Paradokslarla zəngin həyat sürən aktrisa barədə bilmədiyiniz bir neçə faktı təqdim edirik:
Vəfat etdiyi gün Coan Krouford qulluqçusu və bir gecəlik onun evində qalan pərəstişkarı üçün özü yemək hazırlayacağını söyləyir. Bundan sonra o, yatağına qayıdır və elə həmin saat vəfat edir. Bəziləri ehtimal edir ki, Coan intihar edərək həyatına son qoyur. (1977-ci ildə.)
Coan Kroufford bir dəfə etiraf edir ki, Klark Qeybl onun yeganə məhəbbəti olub.
1933-cü ildə aktrisa “Coca-Cola”nın reklamında çəkilir. 1955-ci ildə isə o, “Pepsi” şirkətinin rəhbəri Alfred Stilə ərə gedir.
Coan övladlığa dörd uşaq götürür. Onlardan ikisinin adını - Kristina və Kristoferi vəsiyyatnamədən silir.
Kroufordun keçmiş rəqibi Bett Devis Coanın da rol aldığı “Bebi
Ceynlə” nə baş verib?” (1962) filminə görə “Oskar” mükafatına
namizəd görülür. Devis bu dəfə də qalib gəlsəydi, aldığı
mükafatların sayına görə rekord vuracaqdı. Krouford Bettin mükafatı
almaması üçün hər şeyə gedir. O, hətta “Möcüzə yaradan” filmindəki
roluna görə “Oskar”a ikinci namizəd Enn Benkforta hər-hansı bir
səbəbə görə gələ bilmədiyi halda onun adından mükafatı götürə
biləcəyi təklifini də edir.
Şon Konsidaynın “Bett və Coan – böyük qalmaqal” adlı kitabında bu
epizod barədə bunlar yazılıb: “Bett Devis artıq pərdə arxasında
qalib elan olunacağı anı gözləyirdi. Qalib kimi Enn Benkroftun adı
elan edildiyi an, Devis çiynində Kroufordun buz kimi əllərini hiss
edir. Coan soyuqqanlı səslə ona: “Üzr istəyirəm, əzizim, ancaq mən
öz heykəlimi almalıyam!”.
Hətta aktrisanın əri öldükdən sonra da, Coan nahar zamanı masada onun əvəzinə boşqab qoyurdu.
Coan “Metro Qoldvin Mayer” şirkəti ilə müqavilə bağlayandan sonra naməlum insanlar şirkətdən pul qoparmağa cəhd edirlər. Quldurlar iddia edirdilər ki, onlarda Coanın çəkildiyi porno filmin yazıları var. Lakin şantaj cəhdi uğursuz başa çatır. Belə ki, studiyanın başçıları aydın elan edirlər ki, şantajçılar bunu heç vaxt təsdiq edə bilməyəcəklər.
Aktrisanın əsl adı Lyusill Le Süerdir. Aktrisa bunu “Coan Krouford”la əvəz etdiyi andan məşhurluğu daha da artır.
Coan Krouford bütün pərəstişkarlarının məktublarına bir-bir cavab verirdi və hər birinə avtoqraf göndərirdi. Bu məşğuliyyət bir ara bütün onun boş vaxtını alırdı. İstisnanı yalnız onu məktəb illərində ələ salan məktəb yoldaşları təşkil edirdi. Coan onların məktubunu cavabsız qoyurdu...
Aktrisa təmizlik dəlisi idi: O, daim əllərini yuyurdu. Evə gələn qonaqların ardınca gəzərək, onların toxunduğu hər şeyi silirdi. Ancaq öz siqaretini çəkirdi. Qaldığı hər otelin vanna otağını da özü təmizləyirdi.
“Lənətə gəlsin, Allahdan kömək istəməyi ağlına gətirmə!” – bu aktrisanın ona görə dua etməyə başlayan qulluqçuya dediyi son sözlər olur...
Tərcümə: Aytən Cavanşir
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."































.png)

.jpg)





