Bizim tərcümə
Söz – elə gözəldi ki, mən onların hamısını bir şerin içinə yığmaq istəyirəm... – BİZİM TƏRCÜMƏ
…Nə deyirlər desinlər, dünyadakı hər şey - bəli, bəli, məhz hər şey elə sözdür. Söz mahnıya dönə bilir, söz fəzaya qalxıb yerə enə bilir… Mən onların qarşısında baş əyirəm…Mən onları sevirəm, onlara sığınıram, onları təqib edirəm, onları dişləyib uduram... Mən sözün vurğunuyam…Qəfil, gözlənilməz sözün…Hətta acgözlüklə gözlədiyim, demək olar ki, qulaqlarımda səslənən sözün… Sözlər…Sevimli sözlər…Onlar alabəzək daşlar kimi bərq vurur, suyun dibindən qalxan gümuşü balıqlar təki birdən zühur edirlər, köpük də onlardı, saplar da, dəmir də, şeh də…elə sözlər də var ki, mən onların ovuna çıxıram…Elə gözəldirlər ki, mən onların hamısını bir şeirin içinə yığmaq istəyirəm. Onlar cırcırama kimi yanımdan keçmək istəyəndə onları havada tuturam, çimizdirirəm, gözümün önünə düzürəm. Mənə elə gəlir onlar şüşədəndirlər, canlı kimi tərpəşirlər, fil sümüyündəndirlər, bitkiyə də oxşayırlar, əqiq və yosun kimi, zeytun və meyvələr kimi yağlıdırlar… Və budur mən onları qarışdırıram, silkələyirəm və ağzıma atıram, bütün ağzım sözlə dolur və çeynəyirəm…Mən sözləri bəzəyir, mən sözləri azad edirəm… Mən onları bir şeirdə sırsıra kimi qoyuram, şəbəkəvari, kiçik və cilalanmış oduncaq kimi, kömür parçaları kimi tökürəm, gah da dalğanın sahilə verdiyi hədiyyə- qəzaya uğramış gəmi parçaları kimi sahilə atıram…Hər şey sözdədir… Bütöv bir mahiyyət yalnız ona görə dəyişə bilər ki, bir söz yerini dəyişib, ya da bir başqa söz onu gözləməyən və ona tabe olmayan cümlənin ortasında şah taxta yayxanan kimi uzanıb.
Sözlərin kölgəsi, şəffaflığı, çəkisi, lələkləri, tükləri var. Sözlər bu keyfiyyətlərini çay sularına qarışıb diyardan diyara gedən uzun yollarla səyahət etdikcə, dilin rişəsinə çevrildikcə qazanıblar…Onlar əbədi torpağa gömülmüş tabutun, həm də yenicə çırtlayan qönçənin içində yaşayır…Mənim dilim nə qədər gözəldir və bizə qaşqabaqlı konkistadorlardan necə məlahətli bir dil miras qalıb…İşğalçılar şahə qalxmış Amerikanın dəli dağlarında vurnuxaraq kartof, paxla, donuz kolbasası, qara tütün, qızıl, qarğıdalı, yumurta axtara-axtara gəzib dolanır, hər şeyin üstünə iştahla atılırdılar…Onlar birdən-birə hər şeyin - dinləri, ehramları, tayfaları, bütpərəstliyi udurdular. Qarşılarına nə çıxırdısa həmişə bellərində daşıdıqları nəhəng kisələrin içində itirdi…Onlar qarşılarına çıxan hər şeyi yerlə-yeksan edirdilər. Barbarlar isə çəkmələrindən, saqqallarından, dəbilqələrindən, atlarının nallarından bərq vuran sözlər töküb gedirdilər, onlar bizdə qalır və işarırdı…Bu dil idi…Biz məğlub olduq…Biz qələbə çaldıq…Onlar bizdən qızıl alıb apardılar, amma elə qızıl da qoyub getdilər…Onlar bizim hər şeyimizi aldılar, ancaq elə hər şey də qoyub getdilər. Onlar bizə sözləri qoyub getdilər.
Fəlsəfə doktoru Etibar Əliyevin "Ədəbiyyat üzrə nobel mükafatçıları" kitabından
Publika.Az
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR